Bakıdakı İran Bankına məxsus əmlaklar satışa çıxarılıb - QİYMƏTLƏR
Yusif Nəzərli
08:38 10.04.2023
Cəmiyyət
745
İran Milli Bankının (Bank Melli İran) Bakı filialına məxsus əmlaklar satışa çıxarılıb.
Fed.az xəbər verir ki, söhbət müxtəlif vaxtlarda bankın balansında toplanan yaşayış (mənzil) və qeyri-yaşayış sahələrindən gedir.
Ümumilikdə satışa 3 mənzil və 6 qeyri-yaşayış obyektləri, o cümlədən “Babək Plaza”da İran Bankına məxsus olan ofis sahələri satışa çıxarılıb.
Bankın satışa çıxardığı mənzillər Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binalarda yerləşir. Bunlar sahəsi 105 kvadratmetr olan 3 otaqlı və sahəsi 164-172 kvadratmetr olan 2 ədəd 4 otaqlı mənzillərdir. Mənzillər 18 mərtəbəli binanın 3-4-cü mərtəbələrində yerləşir.
İran bankı təmirsiz mənzillərin kvadratmetrini birdəfəlik 1800 manatdan, kreditlə isə 2100 manatdan satışa çıxarıb.
İran bankının satışa çıxardığı qeyri-yaşayış sahələri daha maraqlıdır. Belə ki, bank ümumilikdə 6 obyekti satışa çıxarıb.
Bunlardan biri Bakının Nizami rayonunda Naxçıvanski küçəsində yerləşən 48 kvadratmetrlik obyektdir, onun qiyməti razılaşma yolu ilə olacaq.
Ən böyük obyekt isə Bakının mərkəzində, 28 may metrosunun, Çay fabrikinin yaxınlığında, Kövkəb Səfərəliyeva küçəsi, ev 42 və 44 ünvanında yerləşən yeni tikilmiş binalarda yerləşir, sahəsi 560 kvadratmetrdir.
Obyektin qiyməti 1 kvadratmetr üçün birdəfəlik ödənişdə 5 min manat, hissəli ödənişdə 5,5 min manatdır, bank mənzillərdə olduğu kimi, bu obyektin satışı üçün də kredit ayırmağa hazırdır.
İran Milli Bankının Bakıda satışa çıxardığı daha 4 kommersiya obyekti isə Bakının məşhur biznes mərkəzlərindən birində “Babək Plaza”da (Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanı) yerləşən ofis sahələridir.
Ofislər “Babək Plaza”da C blokunda, 3,4,6,7-ci mərtəbələrdə yerləşir və sahələri 185-251 kvadratmetr arasında dəyişir.
İran bankı “Babək Plaza”dakı ofislərin 1 kvadratmetrini birdəfəlik ödənişdə 2100 manata, hissəli ödənişlə isə 2400 manata təklif edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə