Baş prokuror Haaqada işgüzar səfərdə olub - FOTO
Baş prokuror Haaqada işgüzar səfərdə olub - FOTO
Yusif Nəzərli
10:19 23.01.2023
Cəmiyyət
362
Azərbaycanın Baş prokuroru Kamran Əliyev İtkin Düşmüş Şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru Ketrin Bombergeri müharibələrdə 3896 nəfər azərbaycanlının itkin düşdüyü barədə məlumatlandırıb.
Bu barədə Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 19-21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olub.
Əvvəlcə nümayəndə heyəti ölkəmizin Haaqadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, ulu öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
Daha sonra Baş prokuror Avropa İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyində (Avrocast) qurumun prezidenti Ladislav Hamranla görüşüb.
Nümayəndə heyətini salamlayan Avrocast-ın rəhbəri ilk növbədə 20 yanvar hüzn günü ilə bağlı Baş prokuror Kamran Əliyevə başsağlığını ifadə edib. Ladislav Hamran Avropa İttifaqının cinayətkarlıqla mübarizə orqanlarının, xüsusilə də Avrocast-ın ölkəmizin prokurorluq orqanları ilə əməkdaşlığın genişlənməsində maraqlı olduğunu qeyd edib.
Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək, prokurorluq orqanlarında Prezident cənab İlham Əliyevin rəhbərliyi və tövsiyələri ilə aparılan hüquqi islahatlar barədə geniş məlumat verib. Baş prokuror bildirib ki, Avrocast-la əməkdaşlığın inkişafı islahatların tərkib hissəsi olan beynəlxalq əlaqələrin genişlənməsi baxımından xüsusi önəm kəsb edir. Avrocast-ın mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə 70-dən artıq ölkə arasında körpü rolunu oynadığını nəzərə alaraq gələcəkdə bu qurumla sıx əməkdaşlığın həyata keçirilməsi haqda razılıq əldə olunub.
Səfər çərçivəsində İCMP-nin baş direktoru Ketrin Bomberger ilə görüş keçirilib.
Səmərəli diskussiya formatında keçirilmiş görüşdə Kamran Əliyev 1-ci Qarabağ, həmçinin Vətən müharibəsi zamanı 3896 nəfər azərbaycanlının itkin düşdüyünü, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək kütləvi məzarlıqlarda basdırıldığını bildirib.
Baş prokuror Ermənistan tərəfindən bu məsələdə qeyri konstruktiv mövqe sərgilədiyini vurğulayaraq ötən müddət ərzində az sayda qalıqların təhvil verildiyini qeyd edib. İCMP-nin qalıqların şəxsiyyətlərinin müəyyən edilməsinə qabaqcıl təcrübəsini nəzərə alaraq bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Daha sonra Komissiyanın laboratoriyalarına baxış keçirilib, ölkəmizin prokuror-kriminalistləri üçün tədris səfərinin təşkil olunması müzakirə edilib.
Baş prokuror həmçinin Haaqa şəhərində yerləşən və ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Prokurorlar Assosiasiyasının Katibliyində (BPA) görüş keçirib. Təşkilatın Baş Katibi Han Moraal, İcraçı Direktoru Yanne Holst-Hübner və Baş Müşaviri Şenaz Muzafferlə görüş zamanı ölkəmizin Baş prokuroru, BPA-nın vitse-prezidenti Kamran Əliyevə təşkilatın fəaliyyətinə daim dəstəyə, o cümlədən ölkəmizin prokurorluq əməkdaşının Assosiasiyanın Katibliyə ezam olunduğuna görə təşəkkür ifadə olunub.
2024-cü ilin sentyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi və bütün dünya ölkələrindən prokurorların qatılacağı Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağı ilə bağlı bir sıra təşkilati məsələlər müzakirə edilib.
Görüşlərdə ölkəmizin Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Günəşin üzərində sirli maqnit toru aşkarlandı
05:00 28.10.2026
Dünya
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
04:24 28.10.2026
Relaks
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə