Bayram günlərində gözlənilən hava şəraiti AÇIQLANDI
Yusif Nəzərli
06:20 28.12.2022
Cəmiyyət
505
“Bayram günlərində ölkə ərazisində hava şəraitinin sabit, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi üstünlük təşkil edəcək”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
O qeyd edib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 8-13, Aran rayonlarında 13 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
Dekabrın 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz olacağı, mülayim cənub küləyinin əsəcəyi, küləyin sürətinin 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
U.Tağıyevanın sözlərinə görə, yanvarın 1-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz olacağı, şimal küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq:
“Yanvarın 2-də hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək, küləyin sürəti 8-13 m/s olacaq. Havanın temperaturu gecə 4-6, gündüz 8-12 dərəcə isti olacaq. Yanvarın 3-də isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, sürəti 5-10 m/s olacaq. Havanın temperaturunun gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir”.
Xidmət rəisi bildirib ki, yanvarın 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, cənub küləyinin sürətinin isə 8-13 m/s olacağı gözlənilir. Havanın temperaturu gecə 5-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək:
“Azərbaycanın rayonlarında isə 31dekabr - 4 yanvar tarixlərində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm