Bir azdan uşaq cinayətlərinin qarşısını ala bilməyəcəyik - Kəmalə Ağazadə
Bir azdan uşaq cinayətlərinin qarşısını ala bilməyəcəyik - Kəmalə Ağazadə
05:00 06.11.2023
Cəmiyyət
602
Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib
Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Mərkəzinin rəhbəri Kəmalə Ağazadə həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edib.
Sosial media hesabından aidiyyəti dövlət qurumlarına çağırış edən K.Ağazadə qeyd edib ki, 1 həftə ərzində 2 imtina edilən uşaq aşkarlanıb: "6 yaşlı oğlan anası tərəfindən Sabunçu polis bölmələrinin birinin qarşısına qoyularaq tərk edilib. Digər 7 yaşlı oğlan uşağı isə nənəsi tərəfindən Yasamal rayonu ərazisi SPACE TV yaxınlığındakı parka qoyularaq tərk edilib. 6 yaşlı oğlanın anası məhkumdur, qolbaqda gəzir. Bəli, gəzir və kimsə onu "tapa" bilmir. Digər 7 yaşlı oğlanın nənəsi TV-də şou göstərir və məlumata görə, qızı ruhi xəstədir, amma maraqlı həyat tərzi sürür. Hörmətli qurumlar, nə zaman həssas ailələrin bazasını yaratmaq istəyirsiniz? Əgər bu baza yaradılmasa, bir azdan uşaqların törədəcəkləri cinayətlərin qarşısını ala bilməyəcəyik".
Bütün dünyada bu təcrübənin olduğunu vurğulayan AUB sədri deyib ki, həssas ailələrin məlumat bazası yaradılır və belə ailələr qeydiyyata alınıb, müvafiq qurumlar tərəfindən nəzarətdə saxlanılır: "Sosial xidmətçilər, psixoloqlar, eləcə də uşaq inspektorları onlarla iş aparırlar. Azərbaycanda zorakılıq qurbanlarının artması əlavə tədbirlərə ehtiyac olduğunu göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya