
Bir körpənin taleyi! – “Bu, bir nəslin, mühitin faciəsidir”
Yusif Nəzərli
10:31 19.01.2023
Cəmiyyət
671
Baş Prokurorluq Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılması barədə açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılıb. Məlumata görə, market paketinə qoyularaq küçəyə atılan körpə vəfat edib. Ətraflı məlumat veriləcək.

Bununla bağlı “Sherg.az”a danışan QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai bildirib ki, bu mənəvi baxımdan çox ağrılı hadisə və faciədir:
“Cəmiyyət olaraq bunu “insafsızlıq, vicdansızlıq” kimi qiymətləndirib, üzülə bilərik. Ancaq araşdırsaq, görərik ki, kökündə hansısa psixoloji travmalar dayanır. Bu, valideyn basqısı nəticəsində evliliyin, təcavüzün, erkən nikahdan və yaxud nikahdankənar münasibətin nəticəsində dünyaya gəlmiş bir körpənin taleyidir. Bəzən günahı yanlışı bir insan etsə də, o günahın ortaya çıxmasında bir ailə, bir qrup insan, bir nəsil və ya bütövlükdə mühitin böyük rolu olub. Bütün hallarda araşdırılaraq, səbəblər ortaya çıxarılmalı həmin səbəblər üzərində işlənilməlidir. Bizi sadəcə işin görünən tərəfi maraqlandırıb, narahat etməməlidir. Cəmiyyət olaraq həm də bu kimi hadisələrin araşdırılmasını, səbəblərin ortaya çıxarılmasını tələb etməliyik”.
S.Fədai onu da əlavə edib ki, belə məqamlarda təkcə cəza üsulu tərbiyə həll metodu deyil:
“Həmin halların qarşısının alınması üçün dövlət siyasəti, sistemli şəkildə maarifləndirmə planları olmalıdır. Çünki belə faciələr təkcə psixoloji faktorlara bağlı deyil, həm də maarifsizliyə, bilgisizliyə söykənir. Xüsusilə valideynlərin qız uşaqların yanaşması dəyişməli, ailə qurmağa məcbur edilməməlidir.
Övlad dünyaya gətirməyin məsuliyyəti, ana olmağa fiziki, psixoloji və mənəvi olaraq hazır olmağın əhəmiyyəti dərk edilməlidir. Xüsusilə də bir insan taleyinin önəmi və dəyəri... Mənəvi dəyərlərin deqradasiyasına, məhvinə imkan vermək olmaz. Bu dəyərlərin aşılanması ailədən, bağçadan başlayaraq məktəbdə, universitetdə davam etməlidir.
Bu mövzuda layihələrin təşkilinə də biganə yanaşmaq olmaz, təsiredici, nəticənin dəyişməsinə yönəlik üslub, təlim formaları seçilməlidir. Sonda vurğulamaq istərdim ki, bu kimi hadisələrə cəmiyyətin qınağı, ictimai baxış təqdirəlayiqdir, ancaq bu da nifrət dili, aqressiya ilə olmamalıdır. Çünki bu üslubun özü də yeni faciələrə, aqressiyanın zəncirvari şəkildə davamına səbəb olur.
Ən əsası isə, nəticənin dəyişməsinə heç bir halda müsbət yöndə təsir göstərmir. Həssas mövzu həssas yanaşma tələb edir”.
Şərqiyyə NƏBİ
Qalereya
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol