Böyük yolun başlanğıcı! - "Qələbəmiz tam və bütövdür"
Banuçiçək Kalbalıyeva
09:46 18.11.2020
Cəmiyyət
656
Jalə Əliyeva:”Biz həmin ərazilərin əzəli və əbədi Azərbaycan torpaqları olduğunu nümayiş etdirdik”
Ötənlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar. Əlbəttə, bu, böyük yolun başlanğıcıdır. Biz bu səfərlə qələbəmizi təsdiqlədik, rəsmiləşdirdik. İndi Qarabağ Azərbaycanındır. Əbədi və birdəfəlik!
Millət vəkili Jalə Əliyeva dövlət başçısı və birinci xanımın Cəbrayıla, Füzuliyə səfərini böyük qayıdışın başlanğıcı kimi qiymətləndirir. O, bu barədə fikirlərini “Sherg.az” la bölüşüb:
“Prezident və Birinci vitse-prezidentin sözügedən səfəri, onların yolboyu coşqu ilə qarşılanmaları özündə çox ciddi əhəmiyyətli mesajı ehtiva edir. Bu, həm də qələbəmizin tamlığını, bütövlüyünü göstərir. Biz həmin ərazilərin əzəli və əbədi Azərbaycan torpaqları olduğunu nümayiş etdirdik. Dövlət başçısı nitqində Ermənistan baş naziri Nikol Paşinyanın əslində heç kim olduğunu, hərbi-siyasi hakimiyyətin vurduğu ziyana görə məsuliyyət daşıdığını və cavab verəcəyini söyləməklə dünya ictimaiyyətinə çox ciddi mesaj verdi”.
J.Əliyevanın sözlərinə görə, azad olunmuş ərazilərimizdə ən yaxın zamanda yenidənqurma işləri başlayacaq:
“Prezidentin “Bu yerlərdən sanki vəhşilər keçib” ifadəsi erməni vandalizmini növbəti dəfə təsdiq etdi. İşğalçılar öz vəhşiliklərilə burada daimi qala bilməyəcəklərini şüuraltı olaraq təsdiqləyirdilər. Boyunlarına alırdılar ki, ərazilər tarixi sahiblərinə nə vaxtsa qayıdacaq. Bəli, nəhayət, biz qayıtdıq. Cəbrayıla yol və işıq çəkilməsi həyata keçiriləcək rekonstruksiyaların başlanğıcı, belə demək mümkünsə, ilk addımıdır. Bundan sonra daha böyük işlər görüləcək. Şuşa cənnət məkana çevriləcək. Beləliklə, Azərbaycanın bütövlüyü bir daha öz təsdiqini tapacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 105 dollardan aşağı düşdü
21:39 02.11.2026
İqtisadiyyat
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
21:26 02.11.2026
Gündəm
DİM-dən kibertəhlükəsizliklə bağlı çağırış
21:12 02.11.2026
Elm və Təhsil
Atası Lamin Yamalın əsl adını açıqladı
20:38 02.11.2026
Futbol
Rusiya və İran Fars körfəzi və Yəməndəki vəziyyəti müzakirə etdi
20:25 02.11.2026
Region
Prokurorluq orqanlarının veteran əməkdaşları təltif edildi
20:07 02.11.2026
Cəmiyyət
Bu türk ölkəsində dövlət çevrilişinin qarşısı alındı
19:59 02.11.2026
Gündəm
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm