Sentyabrın 23-də bir sıra rayonların elektrik şəbəkələrində təmir işləri aparılacaq.
"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Saatlı Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində 110 kV-luq "Sarıcalar-1" və "Sarıcalar-2" hava xətlərinin bəzi dayaqları arasında qabaritdə təmir-bərpa işləri icra olunacaq. Bu zaman rayonun bir sıra yaşayış məntəqələrində saat 09:30-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Ağdaş EŞ-yə daxil olan 10 kV-luq "Abad" hava xəttində görüləcək təmir işləri zamanı planlı fasilə saat 10:00-dan 14:00-dək Abad, Ağcaqovaq, Eymur, Ərəbşəki, Qaradeyin kəndlərini əhatə edəcək.
Bərdə EŞ-nin ərazisində 10 kV-luq 3 və 4 saylı kənd hava xətlərinə toxunan ağaclar budanacaq. Bu zaman rayonun Kətəlparaq, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər kəndlərinin bir hissəsində saat 10:00-dan 15:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.
Yevlaxın Ağqıraqlı, Balçılı, Cırdaxan, Varvara kəndlərinin bəzi yerlərində 10 kV-luq "Cırdaxan" hava xəttində həyata keçiriləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Mingəçevirdə 6 kV-luq hava xəttində təmir və elektrik xəttinə toxunan ağacların budanması işləri yerinə yetiriləcək. Beləliklə, saat 10:00-dan 14:00-dək şəhər ərazisində 20 Yanvar, Müslüm Maqomayev və Nəriman Nərimanov küçələrində enerjinin verilişində fasilə yaranacaq.
Astara EŞ-nin ərazisində 35 kV-luq "Lovayin" hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Çayoba, Hamoşam, Kakalos, Lovayin, Pensər, Siyaku, Şahağac, Təngərud, Toradi kəndlərinin bir sıra ərazilərində enerjinin verilişində qısa müddətli məhdudiyyət tətbiq olunacaq.
Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.