“Cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası” layihəsini reallaşır
Yusif Nəzərli
14:21 20.12.2022
Cəmiyyət
421
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası” Layihəsini həyata keçirir.
Layihə cəzaçəkmə müəssislərində olan məhkumlar arasında İİV/QİÇS infeksiyaları haqqında maarifləndirmə və İVV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə sosial-psixoloji dəstəyin göstərilməsindən bəhs edir. Layihənin məqsədi cəzaçəkmə müəssisələrində İİV/QİÇS-in profilaktikası və həmin şəxslərə psixo-sosial dəstək xidmətlərinin göstərilməsidir.
Belə ki, İİV/QİÇS xəstəliyi dövrümüzün ən ciddi xəstəliklərindən biri sayılır. COVİD-19 pandemiyası dövründə isə infeksion xəstəliklərin yayılma sürəti artım hiss edilmişdir. Xüsusilə insanın immuniteti ilə əlaqəli olan "insan immunçatışmamazlığı virusunun yayılması üçün münbit şərait yaranmışdır. İnfeksion xəstəliklərin insanların sıx yerləşdiyi ərazilərdə geniş yayılması üçün şərait əlverişli olur. Cəzaçəkmə müəssisələrində olan məhkumların İİV/QİÇS və digər infeksion xəstəliklər haqda məlumatsızlığı da qeyd edilən virusların artmasına səbəb olur. Habelə onların cəzaçəkmə müəssisələrini tərk etdikdən sonra sosial adaptasiya problemləri də yaranır. Qeyd edilən problemlərin həllində vətəndaş cəmiyyəti instituları və dövlət qurumları əməkdaşlığı məqsədə müvafiqdir. “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi Şura və Qlobal Fond ilə əməkdaşlıq çərçivəsində cəzaçəkmə müəssisələrində maarifləndirmə yönümlü müxtəlif layihələr həyata keçirmişdir. Təcrübəyə əsasən İİV/QİÇS-lə münasibətdə yüksək riskli şəxslərə davamlı psixo-sosial yardım göstərilmədikdə və onlar arasında maarifləndirmə aparılmadıqda yoluxma sayı artır. Məhz layihə vasitəsilə cəzaçəkmə müəssisələrində İİV/QİÇS-lə bağlı maarifləndirməni və yüksək İVV/QİÇS riskində olan məhkumlara psixo-sosial dəstək xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Layihə çərçivəsində penitensiar xidmətin cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Tədbirlər vasitəsilə İİV/QİÇS, onun yaratdığı problemlər, infeksion xəstəliklər, cəzaçəkmə müəssisələrini tərk etmiş şəxslərin sosial adaptasiyası haqda məlumatlar verilmişdir. Görüşlər zamanı ilkin psixo-sosial yardım, tibbi xidmətlər üzrə maarifləndirmə də baş tutmuşdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya