COP29 çərçivəsində Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumu keçiriləcək
09:35 11.07.2024
Cəmiyyət
482
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında beynəlxalq inkişaf üzrə məsləhətçi Sabina Ymeri ilə görüş keçirilib.
Bu barədə "Sherg.az"a Ombudsman Aparatından məlumat verilib.
Ombudsman təsisatının BMT və onun ixtisaslaşmış qurumları ilə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) uyğun əməkdaşlığının müzakirəsi məqsədilə keçirilmiş görüşdə Aparat rəhbərinin müavini Rəşid Rumzadə, Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Sevinc Şener iştirak ediblər.
Görüşdə Rəşid Rumzadə müvəkkilin mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, ombudsmanın beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
Eyni zamanda, BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini, təşkilatın ölkəmizdəki rezident əlaqələndiricisi ilə birgə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdırıb.
Söhbət zamanı qonağa Dayanıqlı İnkişaf Məqsədləri də nəzərə alınmaqla müvəkkilin həyata keçirdiyi fəaliyyət, o cümlədən məişət zorakılığının aradan qaldırılması, gender bərabərliyi, sağlamlıq hüququnun, ekoloji hüquqların təmini və digər istiqamətlərdə görülən işlər barədə məlumatlar verilib.
İnsan hüquq və azadlıqlarının səmərəli təmini istiqamətində ölkədə aparılan islahatlar, Ombudsman təsisatının vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı, BMT-nin müqavilə qurumlarının tövsiyələri nəzərə alınmaqla Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər, eləcə də təsisatda yeni struktur bölmələrinin yaradılması barədə ekspertin sualları üzrə ətraflı məlumatlar təqdim olunub.
Qarşılıqlı müzakirə şəraitində davam edən görüşdə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi, Azərbaycan Ombudsmanının da COP29-la əlaqədar Təşkilat Komitəsinin üzvü olduğu, DİM-də yer alan hədəflərə uyğun tədbirlərin davam etdirildiyi, həmçinin COP29 çərçivəsində Ombudsman və milli insan hüquqları institutlarının Bakı Forumunun da keçiriləcəyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual