Dini Komitə müsabiqədə qalib olan jurnalistlərə mükafat verməyib? - AÇIQLAMA
Yusif Nəzərli
12:38 11.08.2023
Cəmiyyət
566
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Günü ilə bağlı keçirdiyi müsabiqədə qalib gələn jurnalistlərin pulunu ödəmədiyi ilə bağlı iddialar yayılıb.
“Sherg.az” iddiaların mahiyyətini öyrənmək üçün komitənin mətbuat xidməti ilə əlaqə saxlayıb.
Mətbuat Xidmətindən bildirilib ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi yazı müsabiqəsinin qaliblərinə pul mükafatlarının köçürülmədiyi ilə bağlı bəzi saytlarda yayılan informasiya qərəzli və böhtan xarakterlidir:
“Məlum olduğu kimi, cari ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Dini təhlükəsizlik və media” mövzusunda jurnalistlər arasında yazı müsabiqəsi keçirilib. Yazı müsabiqəsinin nəticələri iyul ayının 19-da Dövlət Komitəsinin təşkil etdiyi eyniadlı konfransda elan olunub və qaliblər mükafatlandırılıb. Belə ki, yazı müsabiqəsinin nəticələrinə görə 15 nəfər qalib müəyyən edilib.
Qaliblərin pul mükafatları onların bank hesablarına köçürülüb. Bildiririk ki, 15 nəfərdən 11–i artıq pul mükafatlarını alıblar. Qalan 4 nəfərin pul mükafatını ala bilməməsinin səbəbi bank hesablarında olan texniki problemdən qaynaqlanır.
Təəssüflə bildiririk ki, bəzi mətbuat nümayənədləri hər hansı bir məlumatı yaymazdan əvvəl onu müvafiq qurumdan dəqiqləşdirmək istəmirlər.
Beləliklə də, məlumat qeyri-ciddi təsir bağışlayır və acı gülüş doğurur. Bu cür yanaşma jurnalistika etikasından uzaq və öz peşəsinə hörmətsizlikdir. Özünü ciddi hesab edən media orqanı həmin jurnalistlərin adını yazmalı və ən azından bunun səbəbini araşdırmalı idi. Böhtan xarakterli məlumat yaymaqla Dövlət Komitəsinin fəaliyyətinə kölgə salmağa cəhd etməməli idi. Tövsiyə edirik ki, “əziyyət” də olsa, pul mükafatını ala bilməyən jurnalistlərlə əlaqə saxlasınlar. Bu cür məlumatları yayanlar özləri qara şou yaratmaqla məşğuldurlar”.
Siyahını təqdim edirik:
Pul mükafatını alan jurnalistlər:
Tərgül Ağayeva, Azərbaycan Dövlət İnformasiya Agentliyi, Samirə Abdullayeva -“Report” İnformasiya Agentliyi, Yeganə Quliyeva – Teleqraf.com, Aytən Abdulova - Azərbaycan Televiziyası, Sayad Həsənli - Oxu.az, Pərviz İsmayılov - “Yeni Azərbaycan” qəzeti, Mirmahmud Kazımov - Report İnformasiya Agentliyi, İlkin Nəcəfzadə - Azvision.az, Seymur Əliyev - Moderator.az, İsgəndər Həsənov - “525-ci qəzet”, Aqil Bəkir - Yeniçağ İnformasiya Agentliyi.
Pul mükafatını almayan jurnalistlər:
Cavid Əkbərov - “İki sahil” qəzeti, Elçin Bayramlı - “Səs” qəzeti, Günay Elşadqızı - APA, Elçin Mehdiyev - Trend İnformasiya Agentliyi
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Barselona ən çox maaş verəcəyi futbolçusunu seçdi
19:27 14.09.2026
Futbol
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter avtomobillə toqquşub
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə