“Düşmənin mülki yerləri bombalaması hərbi cinayətdir”
Banuçiçək Kalbalıyeva
12:17 29.09.2020
Cəmiyyət
416
“Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əmri verənlər də, icra edənlər də məsuliyyətə cəlb olunmalıdırlar”
“Həmin şəxslər beynəlxalq axtarışa verilməli, tutulmalı və mühakimə edilməlidirlər”
Erməni silahlı birləşmələrinin qoşunların təmas xəttində yerləşən kəndləri intensiv atəşə tutması nəticəsində evlərə və şəxsi təsərrüfatlara ciddi ziyan dəyib. Ermənilərin atdığı çoxsaylı mərmilər Ağdam rayonunun Baharlı qəsəbəsində məskunlaşmış Qiyaslıdan olan məcburi möçkün Qalib Babayevin yaşadığı evə düşüb. Nəticədə ev dağılıb, ciddi ziyan dəyib.
Nəinki son günlər genişmiqyaslı hərbi əməliyyatlar başlandığından, 30 ildir ki, düşmən silahlarını dinc sakinlərə tuşlayır. Biz işğalçılarla, onlar isə mülki, əliyalın sakinlərimizlə mübarizə aparır. Bunun bir cəzası olmalıdır, ya yox?
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov “Sherg.az”a bildirib ki, düşmən bu əməlinə görə, məsuliyyətə cəlb edilməlidir:
“Müharibə şəraitində hərbi məqsədə xidmət etməyən istənilən addım ya hərbi, ya insanlıq, ya da soyqırım cinayəti kimi qiymətləndirilməlidir. Düşmənin hərbi obyektdən tamamilə kənarda mülki yerləri bombalaması hərbi cinayətdir.
Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, əmri verənlər də, icra edənlər də məsuliyyətə cəlb olunmalıdırlar.
Gəncə, Naxçıvan və Lənkəranda ağır cinayətlər məhkəməsi var. Həmin şəxslər beynəlxalq axtarışa verilməli, tutulmalı və mühakimə edilməlidirlər. Onu da deyim ki, belə cinayətlərin müddəti yoxdur. Yəni cinayətkar 50, 100 il sonra tutulsa da, eyni məsuliyyətlə cəzalanmalıdırlar.
Bu məsələ təkcə hərbi yox, həm də siyasi əhəmiyyətlidir. Yəni ayrı-ayrı cinayətkar fərdlər yox, bütünlüklə dövlət də məsuliyyət daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm