DYP-dən müraciət: “Piyada hərəkətin faydalarından yararlanın”
Yusif Nəzərli
08:00 30.03.2023
Cəmiyyət
374
Baş Dövlət Yol Polisi İdarəsi ətraf mühitin qorunması ilə bağlı əhaliyə müraciət edib.
İdarədən daxil olan müraciətdə deyilir:
“Təəssüf ki, hələ də avtomobil yollarında mühərrikinin işlənmiş qazlarında atmosferə atılan zərərli maddələrin miqdarı normadan artıq olan avtonəqliyyat vasitələrinə rast gəlinir. Mütəxəssislərin sözlərinə görə, bu gün respublikamızda atmosfer havasına atılan çirkləndirici maddələrin 75 faizindən çoxu məhz avtomobil və maye yanacağı ilə işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.
Avtomobillərdən atmosferə atılan zərərli tullantıların qarşısının alınması məqsədilə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən aidiyyəti qurumlarla birgə mütəmadi olaraq tədbirlər görülür, “Təmiz hava” aylıqları keçirilir. Preventiv əhəmiyyət kəsb edən belə tədbirlər zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşısının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərərlə bağlı maarifləndirmə xarakterli söhbətlərin aparılmasına xüsusi önəm verilir.
Cəmiyyətin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi məqsədilə bir daha sürücülərdən, fiziki və hüquqi şəxslərdən istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir, eyni zamanda, bu sahədə yol verilən qayda pozuntularının inzibati məsuliyyət yaratmasını onların nəzərinə çatdırırıq.
Bununla yanaşı, əhaliyə müraciət edərək onlardan avtomobilləşmənin doğurduğu acı nəticələri nəzərə alaraq, zərurət olmadıqda avtomobildən istifadəni azaltmağı, ictimai, eyni zamanda alternativ nəqliyyat vasitələrindən istifadəyə üstünlük verməyi xahiş edir, piyada hərəkətin faydalarından yararlanmağı tövsiyə edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə