DYP piyadalara müraciət edib
Yusif Nəzərli
08:58 26.09.2022
Cəmiyyət
410
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.
İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, piyada diqqətsizliyi bir çox hallarda sonradan bərpası mümkün olmayan nəticələrə səbəb olur:
“Piyada təhlükəsizliyinin təmin edilməsi üçün inşa olunmuş yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qeydə alınması, yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını bir daha gündəmə gətirir. Yol hərəkət iştirakçıları içərisində ən az müdafiə olunan piyadalar arasında hələ də öz təhlükəsizliyinə biganə yanaşan, özləri ilə bərabər, digər hərəkət iştirakçılarını çıxılmaz vəziyyətə salan şəxslərə hər gün rast gəlirik. Bu kimi hallar, təəssüf ki, bəzən bərpası mümkün olmayan nəticələrə səbəb olur.
Bəzən də paradoksal mənzərə ilə rastlaşırıq. Bir qrup insan hansısa yol sahəsində piyada keçidlərinin olmamasından şikayət etdiyi halda, digər bir ərazidə mövcud piyada keçidlərinin, demək olar ki, istifadəsiz qaldığının şahidi oluruq. Bu isə onu deməyə əsas verir ki, piyadaların yol hərəkəti qaydalarına riayət etmələri yalnız hərəkətin təşkili, infrastruktur və digər amillərə deyil, onların şəxsi məsuliyyət hissinə, ictimai davranış vərdişlərinə daha çox bağlıdır.
Qarşıdan payız-qış mövsümünün gəlməsini nəzərə alaraq, bir daha piyadalara səslənirik: Küçə və yolları piyadalar üçün nəzərdə tutulan yerlərdən keçin, məhdudiyyətli görünmə şəraitində, habelə sutkanın qaranlıq vaxtı xüsusilə diqqətli olun, əlvan geyimlərə üstünlük verin, qulaqlıqdan istifadə ətraf aləmlə əlaqəni məhdudlaşdırdığı üçün yolu keçərkən ondan istifadə etməkdən çəkinin, ictimai nəqliyyatı gözləyərkən və ona minib-düşərkən, həmçinin qəflətən avtomobil yoluna çıxmayın, yaxınlaşmaqda olan avtomobillərin sürətini düzgün qiymətləndirin, onların tam dayandığına, sürücülərin sizə yol verdiklərinə əmin olduqdan sonra hərəkətə başlayın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol