DYP rəsmisi: “40 manat cərimə oluna bilərsiniz”
Yusif Nəzərli
09:58 13.12.2022
Cəmiyyət
490
Baş Dövlət Yol Polisi İdarəsi dövlət qeydiyyat nişanları ilə bağlı sürücülərə müraciət edib.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a bildirib ki, hazırda mövsümlə əlaqədar yollarda palçıq və çirkli suların yaranma ehtimalı artdığından sürücülər avtomobillərinin, xüsusilə onların dövlət qeydiyyat nişanlarının təmizliyinə diqqət ayırmalıdırlar:
“Lakin təəssüf ki, bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin nəzərinə çatdırır ki, qanunvericiliyin tələbinə əsasən, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və cərimə məbləği 40 manat olmaqla inzibati məsuliyyət yaradır”, - DYP rəsmisi vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət