DYP "Son zəng"lə bağlı müraciət edib
DYP "Son zəng"lə bağlı müraciət edib
09:35 13.06.2024
Cəmiyyət
379
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" tədbirləri ilə bağlı müraciət edib.
İdarədən verilən məlumata görə, müraciətdə deyilir:
"Əziz müəllimlər, valideynlər və şagirdlər! Hər birinizi “Son zəng” günü münasibətilə təbrik edir, məzunlarımıza gələcək həyatlarında uğurlar arzulayırıq!
Ötən illərin təcrübəsi göstərir ki, bir sıra hallarda şagirdlər “Son zəng” günü valideynlərinə, yaxud qohumlarına məxsus avtomobillərdən istifadə edərək əyləncə məqsədilə sükan arxasına əyləşirlər.
Lakin, unutmaq olmaz ki, avtomobilin onu idarə etmək hüququ olmayan yeniyetməyə könüllü təqdim edilməsindən və ya sahibinin icazəsi olmadan ələ keçirilməsindən asılı olmayaraq, belə hallara yol verilməsi olduqca təhlükəli əməldir.
Odur ki, ilk növbədə avtomobilini sürücülük hüququ olmayan övladına etibar edən valideynlərə səslənirik. Xatırladırıq ki, belə hallar ciddi qayda pozuntusudur və inzibati məsuliyyət yaradır. Təəssüf ki, bəzən səhlənkarlığa yol verən valideynlərə rast gəlinir ki, nəticədə həm ayrı-ayrı ailələr, həm də cəmiyyətimiz üçün ağır faciələr yaşanır.
Əziz məzunlar, yaddan çıxarmayın ki, sizin gələcək həyatınızda hər bir uğurunuz valideynləriniz və cəmiyyətimiz üçün çox vacibdir. Yol hərəkəti qaydalarına əməl etməklə siz, doğmalarınızın və başqalarının həyatına da dəyər vermiş olursunuz.
Bir daha “Son zəng” gününü qeyd edən məzunlarımıza uğurlar, can sağlığı və həyatlarının yeni mərhələsində müvəffəqiyyətlər arzulayırıq!"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm