Ehtiyatda olan polkovnik-leytenanta “Müharibə Veteranı” adının verilməməsinin səbəbi AÇIQLANDI - RƏSMİ
Ehtiyatda olan polkovnik-leytenanta “Müharibə Veteranı” adının verilməməsinin səbəbi AÇIQLANDI - RƏSMİ
Yusif Nəzərli
14:28 13.12.2022
Cəmiyyət
570
Ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlunun bəzi elektron kütləvi informasiya vasitələrində “Müharibə Veteranı” adının verilməsi ilə bağlı səsləndirdiyi fikirlərə Müdafiə Nazirliyi açıqlama verib.
Nazirlikdən Oxu.Az-ın soruğusuna cavab olaraq bildirilib ki, ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı Əliyev Əhməd İsaq oğlu Vətən müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazidən uzaqda yerləşən hərbi hissədə xidmət edib.
“Bu səbəbdən Ə.Əliyevə “Müharibə veteranı” adının verilməsinin Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə zidd olması barədə onun özünə bildirilib. Lakin Ə.Əliyev və onun kimi bir neçə vətəndaş internet üzərindən məsuliyyəsiz çıxışları ilə ictimaiyyətdə çaşqınlıq yaradaraq aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin qeyri-qanuni həllinə nail olmağa çalışırlar.
Müdafiə Nazirliyinin dəfələrlə müraciət etməsinə baxmayaraq bəzi internet media saytlarının əməkdaşları müvafiq qanunvericiliyin tələblərini bilmədən, əsassız iddiaları dəqiqləşdirmədən ictimai müzakirəyə çıxarmaqla Müdafiə Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməyə cəhd edirlər.
Müdafiə Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada verilən cavabla qane olmayan bəzi vətəndaşların qeyri-peşəkar kütləvi informasiya vasitələrindən sui-istifadə edərək əsassız iddialarına haqq qazandırmağa çalışmaları təəssüf doğurur”, - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi