
Ekspert: Qəzaların böyük əksəriyyəti tikinti sektorunun payına düşür
13:34 22.05.2024
Cəmiyyət
1075
Sumqayıtda tikintidə işləyən 62 yaşlı fəhlə ölüb.
APA xəbər verir ki, hadisə “Baxça Şəhər” adalanan ərazidə qeydə alınıb.
1962-ci il təvəllüdlü Şahpənçi Cavanşir Əlihüseyin oğlu iş zamanı dünyasını dəyişib.
Meyit aidiyyatı üzrə təhvil verilib, fakt araşdırılır.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a bildirib ki, tikinti təhlükə potensialı riski yüksək olan sahədir:

“Ümumi istehsalatda baş verən qəzalara baxsaq görərik ki, böyük əksəriyyəti tikinti sektorunun payına düşür. Tikinti sahəsində texniki təhlükəsizlik, əməyin mühafizəsi, sanitar normalara və yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Nəzərə almaq lazımdır ki, tikintidə istifadə olunan avadanlıqlar, qurğular, dəzgahlar, makinalar, qaldırıcı mexanizmlər, ağır tonlarda nəqliyyat vasitələri, kimyəvi tərkibli tikinti materialları və hündürlükdə görülən işlərin hər birinin kifayət qədər təhlükə riski var. Bunların hər biri təhlükəsizlik normativlərinə və qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Mütləq qaydada tikinti sahəsində təhlükəsiz əmək şəraiti yaradılmalı, işçilərin həyat və sağlamlığı üçün hər hansı bir təhlükə riski olmamalı, işçilər fərdi və kollektiv mühafizə vasitələri ilə təchiz edilməlidir. Fərdi mühafizə vasitələri yəni gördüyü işin spesifikasına uyğun olaraq gözündə eynək, başında kaska, əynində uniforma, ayağında xüsusi geyim və hündürlükdə işləyirsə qoruyucu kəməri olmalıdır. 2 metrdən yuxarıda görülən işlər hündürlükdə görülən işlər sayılır. Bu zaman qoruyucu kəmərdən istifadə edilməlidir. Tikintidə çox sayda hündürlükdən yıxılma, xəsarət alma və həyatını itirmə halları qeydə alınıb. Ona görə ki, qoruyucu kəmərdən istifadə edilməyib. Kəmərdən mütləq istifadə edilməlidir. Bunlarında hər biri sertifikasiyası olan məhsullar olmalıdır. Tikinti sahəsində digər problem isə kollektiv mühafizə vasitləridir. Ərazinin hasara alınması, kənar şəxslərin əraziyə daxil olmasının qarşısının alınması, qoruyucu çəpərlərin və torların çəkilməsi lazımdır. Çünki daş, dəmir, tiknti parçası aşağı düşə bilər. Həmçinin işçilər əmək müqaviləsi bağlandıqdan sonra çalışmalıdır. Kənar şəxslər əraziyə uyğun olaraq təlimatlandırıldıqdan sonra içəri buraxılmalıdır. Yüklərin qaldırılması və boşaldılması zamanı mütləq təhlükəsizlik nəzərə alınmalıdır. Texniki təhlükəsizlik əmək mühafizəsinə nəzarət edən müfəttiş olur. Həmin müfəttiş tərəfindən tikinti ərazisində bütün işçilərin təhlükəsizlik qaydasına riayət olunması təmin edilir. Mütləq bütün işçilər işə girdiyi andan təlimatlandırılmadan keçməlidir. Giriş təlimatı verilmədən heç bir işçi tikinti ərazisinə daxil ola bilməz. Bu təlimatların növləridə var. Giriş təlimatı işçi işə daxil olan zaman verilir, ilkin təlimat isə işçi hər gün işə başlayan zaman ona rəhbərlik tərəfindən verilən təlimatlardır. Dövrü təlimatlar aylıq və illik olur. Növbədənkənar təlimatlar isə iş yerində hər hansı hadisə baş veribsə. Yəni yıxılma, dağılma və uçma kimi hadisə zamanı səhəri gün heç nə olmamış kimi işə başlamaq olmaz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vüqar Səfərlinin əmlakının müsadirəsi barədə qərar ləğv olunub
15:34 06.02.2026
Ölkə
Ukrayna ordusu hücuma keçdi
14:59 06.02.2026
Dünya
“İrana qarşı növbəti hərbi ssenari gözlənilir” - Zərdüşt Əlizadə
14:51 06.02.2026
Siyasət
Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi
14:39 06.02.2026
Cəmiyyət
ABŞ-ın vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək
14:38 06.02.2026
Dünya
Dünya bazarında quş ətinin qiyməti artıb
14:14 06.02.2026
İqtisadiyyat
İranla müharibə hazırlığı: Bölgəyə canlı qüvvə və silah daşınır
14:04 06.02.2026
Dünya
Rusiya ordusu sərhəd kəndini ələ keçirdi
13:47 06.02.2026
Dünya
Rus generalına sui-qəsd: Moskvada gərginlik
13:30 06.02.2026
Hadisə
Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq
13:16 06.02.2026
Gündəm
Brilliant Dadaşova: “Mahnımı gürcü adı ilə yayırlar!”
13:15 06.02.2026
Mədəniyyət
Lavrov: ATƏT dərin böhran içindədir
13:13 06.02.2026
Gündəm
SEPAH meydan oxudu: ABŞ səhvə yol versə, İranın cavabı qəti olacaq
12:47 06.02.2026
Dünya