Əli Həsənova bağlı olan daha iki şirkət ləğv olunur
Yusif Nəzərli
10:30 05.07.2022
Cəmiyyət
317
“İntellekt” Firması (VÖEN- 1700049481) və “Azadinform Müstəqil İnformasiya Agentliyi” Məhdud Məsuliyyətli Törəmə Cəmiyyəti (VÖEN- 1700115961) ləğv olunduqlarını elan ediblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında yerləşir.
“Azadinform Müstəqil İnformasiya Agentliyi” 15.03.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. 210 manat nizamnamə kapitalı olan “Azadinform”un qanuni təmsilçisi Həsənov İbrahim Nurəddin oğludur.
“İntellekt” Firması isə 02.11.1998-ci il tarixində dövlət qeydiyyatına alınıb. 1000 manat nizamnamə kapitalı olan firmanın qanuni təmsilçisi Əvəzov Anar Xudayat oğludur.
Məlumat üçün bildirək ki, bir həftə əvvəl – 28.06.2022-ci il tarixində “Azadinform”un nizamnamə kapitalının azaldılması ilə bağlı da elan verilib.
Onu da qeyd edək ki, hər iki şirkətin qeydiyyatda olduğu Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Prezident Administrasiyasının ləğv olunan İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir.
Bir neçə həftə əvvəl Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında qeydiyyatda olan “ATOM QİDA” MMC (VÖEN -1701554201) və “DULCE Nutrition” MMC (VÖEN -–702132271) ləğv olunduqlarını açıqlayıblar. Əvvəllər “ATOM QİDA” MMC-yə Əli Həsənovun ABŞ-da yaşayan oğlu Şamxal Həsənli rəhbərlik edib.
Ötən il Əli Həsənovun ailə üzvlərinə məxsus olan və Fikrət Əmirov küçəsi, ev 1 ünvanında yerləşən “Bakı 24” MMC, “Kaspi AZ” MMC, “Mətbuat Evi” MMC, “Golden Prince” MMC, “Global Advertisment” MMC və “Kaspi Co” MTK adlı şirkətlər də ləğv olunduğunu elan ediblər. Adları çəkilən bu şirkətlərə Şamxal Həsənli və Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın yaxın qohumu Azər Vəliyev rəhbərlik ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya