“Əlillik dərəcəsi düşən insanlardan rüşvət tələb olunur”
Fidan Həmişəyeva
13:12 09.06.2021
Cəmiyyət
631
“Ona görə də tam avtomatlaşdırılmış sistemin qurulması lazımdır”
Parlamentin dünənki iclasında millət vəkili Razi Nurullayev mühüm bir məsələyə toxunub. Deputat bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən dəyişikliklərin xeyli hissəsi mütərəqqi olsa da, əlilliyin faizlə müəyyən edilməsi düzgün deyil:
“Ola bilsin ki, bu, digər ölkələrdə özünü doğruldub, bizdə isə bu bir korrupsiya və ədalətsizliyə yol açacaq. Əlilliyin faizlə müəyyən edilməsi əyriliklərə və rüşvətxorluğa imkan yaradacaq. Deyək ki, birinin qara ciyəri, böyrəkləri, mədəaltı vəzisi, nə bilim, ürək damarları 50 faiz funksionallığa malikdir, pul verəcək yazacaqlar 62 faiz. Yaxud xəstəyə pul vermədiyi üçün 70 faiz işləməyən böyrəklərinə 53 faiz yazacaq. Yəni bu faiz məsələsi bank faizləri kimi xalqı böyrü üstə qoyacaq. Əlilliyin təyinat məsələsini iki hissəyə bölmək lazımdır. Görünən və təsbit olunan əlillik - bura bədən orqanlarını itirmiş şəxslər daxildir - bir də daxili xəstəliklər ucbatından verilən əlillik. Ən çox incitmələr gözlə görünə bilməyən xəstəliklər ucbatından olacaq. Belə düşünürəm ki, bədən üzvlərini itirməyən şəxslər üçün əlillik almaq çətinləşdirilir”.
İqtisadçı-ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, əlilliyin təyin edilməsi ilə bağlı insan faktoru daha çox rol oynayır, nəinki texniki-tibbi göstəricilər. Bu da kifayət qədər problemlər yaradır:
“Çünki zaman-zaman qanunla əlillik dərəcəsi düşən insanların rüşvət və korrupsiya ilə qarşılaşdığı heç kimə sirr deyil. Onlardan rüşvət tələb olunur. Təəssüf ki, Azərbaycanda belə hallar tez-tez təkrarlanır. Bunun üçün yeni bir sistemin qurulmasına ehtiyac var. İnsan faktoru olmadan tibbi göstərişlərlə əngəlli insanlara avtomatik olaraq əlil statusunun verilməsi lazımdır. Yəni insanlar olmadan ancaq tibbi arayışlar və göstəricilər nəticəsində əlillik dərəcəsinin verilməsi üçün yeni proqramlar hazırlanmalıdır. Fikrimcə, bu məsələdə insan faktoru nə qədər rol oynayacaqsa, problemlər bir o qədər çox olacaq. Dövlətin də münasibəti dəyişməlidir. Sanki qeyri-rəsmi yanaşma mövcuddur. Bacardıqca daha az insanlara əlil statusunun verilməsi nəticəsində dövlət büdcəsinə qənaət edilir. Vətəndaşlar arasında da belə bir təəsürat yaranıb. Halbuki dövlət büdcəsinə qənaət edilməsinin çoxlu sayda yolu və imkanı var. İnsanların incidilməsi, əlil vətəndaşların əngəllərlə qarşılaşması heç də xoş hal deyil.Ona görə də tam avtomatlaşdırılmış sistemin qurulması lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Belarus müdafiə naziri ilə görüşüb - VİDEO
18:11 15.09.2026
Gündəm
Zaxarova: Paşinyana belə də çatdırın, onu lənətləyəcəklər
17:53 15.09.2026
Siyasət
Kriştianu Ronaldu "Əl-Nəsr" klubunun sahiblərindən biri ola bilər
17:39 15.09.2026
Futbol
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
“Azərşəkər”dən kiçik məktəblilərə böyük sevinc
17:10 15.09.2026
Ölkə
108 İLİN XATİRƏSİ: Türk ordusunun Naxçıvana köməyi
17:09 15.09.2026
Tarix
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol