Elza Seyidcahan: “Atamın həyatda olub-olmadığını bilmirəm”
Yusif Nəzərli
14:39 08.04.2023
Cəmiyyət
910
“Atamın həyatda olduğunu da bilmirəm, bilsəm axtararam, ona sahib çıxaram. Atam sadəcə tərki-dünya oldu. O, yaxşı insan idi. Mən hamını çoxdan bağışlamışam”.
Bu sözləri Əməkdar artist Elza Seyidcahan “Düzünə qalsa” verilişində deyib.
Şəxsi həyatından danışan müğənni atasından, onu illərdir axtarmasından söz açıb:
”Atamı sonuncu dəfə 1991-ci ildə yasda görmüşəm. 1993-cü ildə isə şəhərdə metroda gördüm, amma bildirmədim ona. Onu çox axtardıq. Atam gedər-gəlməz oldu.
Qadın öz doğma qardaşının, atasının kəskin xasiyyətinə dözür. Hətta ərə də gedir. Onunla da qardaşı, atasına görə mübahisə edir. Deyir, mənim atam belə, qardaşım belə. Ərə gələndə bilməlidir ki, onun atası da, qardaşı da elə əridir. Qızlar dayanmadan elə hey, atam, anam, qardaşım deyərsə, əri ilə arasına nifaq toxumu səpilər. Mehriban olmazlar. Beləcə, ailə də dağılır.
İstəmirəm keçmişimdən danışıb, kimlərinsə xətrinə dəyim. Axı mən onları çoxdan bağışlamışam, unutmuşam. Bizim ailəmiz elə demək olar ki, bütövdür. Övladlarım ataları ilə görüşür. Mən sakit həyat tərzi istəyirdim. Musiqi kollecində müəllim işləməyi arzulayırdım. Toylara, şou proqramlara övladlarımı böyütmək üçün getdim”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə