Ermənilər tərəfindən qarət edilən məzar daşı tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun verdiyi məlumata görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər Ağdam rayonunun Əlimədədli kəndini talan edərkən Şirinov Mütalib Əkbər oğlunun və onun bacısı Şirinova Aynurə Əkbər qızının məzar daşını da aparıblar.
Xocalı rayonunun Badara kəndi ərazisində aparılan təmir-bərpa işləri zamanı bacı və qardaşa məxsus məzar daşı aşkarlanıb.
M. Şirinov 1989-cu ildə dağda ildırım vurması nəticəsində həyatını itirib. Bu faciədən sonra onun bacısı A. Şirinova da 5 gün sonra dünyasını dəyişib.
Yaxınlarının bildirdiyinə görə, tapılan məzar daşı bərpa edildikdən sonra Əlimədədli kəndində yerləşən qəbirlər də yenidən təmir olunacaq.