Ermənistanı məcbur edəcəklər! - "Qazaxın 7 kəndi və Kərki azad ediləcək"
Yusif Nəzərli
09:28 11.04.2022
Cəmiyyət
1052
“44 günlük savaşından sonrakı qələbəmizin fonunda 10 noyabr Bəyannaməsi çərçivəsində işğalda qalan digər ərazilər də azad edilməli idi. Lakin ermənilər bundan yayınmağa cəhd etdilər”.
Bu barədə “Sherg.az”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini, siyasətçi Tural İrfan deyib.
Partiya təmsilçisi qeyd edib ki, qələbədən sonrakı danışıqlar prosesində qazanılmış üstünlük artıq sözü gedən ərazilərin də azadlığını labüd edir:
“Ermənistan artıq dəfələrlə müvafiq sənədləri imzalayaraq bu öhdəlikləri üzərinə götürüb və başqa çıxış yolu qalmayıb. Brüsseldə də görüş baş tutdu. Rəsmi İrəvan bu dəfə də üzərinə düşənlərdən boyun qaçırmağa çalışsa da sonda qəbul etməkdən savayı çarəsi qalmadı. Artıq Azərbaycan tərəfin irəli sürdüyü beş bəndlik prinsipi Ermənistan qəbul edib. Deməli, bu bəndlərə əsasən Ermənistanı məcbur edəcəklər ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə xələl gətirməsin və məsələ sonlandırılsın. Habelə qalan ərazilər Azərbaycana qaytarılsın.
Çünki ən əsas proses, digər tərəfdaş ölkələrin də maraqlı olduqları layihələrin, ortaq iqtisadi bağların qurulması məsələsi irəlidədir. Ona görə Ermənistan tələsməyə məcburdur. Paşinyan Brüsseldəki görüşün yekunlarına dair çıxışında Qazaxın 7, Naxçıvanın isə Kərki kəndi ilə bağlı üstü örtülü də olsa danışdı. Kəndlərin adını çəkmədən bildirdi ki, işğal altında saxladıqları Azərbaycan kəndləri ilə bağlı məsələ müzakirə olunacaq və onlar geri qaytarılacaq. Zənnimcə, iki ölkə arasında sülh sazişi imzalanarsa, ərazi bütövlüyünün təmin olunması məsələsi başlıca mövzu olaraq gündəlikdə durarsa, o zaman adıçəkilən kəndlərin Azərbaycana qaytarılması mütləq təmin olunacaq. Əks halda sülh sazişi yarımçıq qalar, yaxud da tərəflərdən birinin digərinə qarşı iddiası təmin olunmamış olar ki, bu halda da qarşılıqlı razılıqdan söz gedə bilməz. Açıqlanan beş prinsip qeyd etdiyimiz məsələlərin kökündən həllini mümkün edir. Son məlumata görə artıq Ermənistan bunu qəbul edib”.
T.İrfan vurğulayıb ki, Ermənistan daxilində öz hakimiyyətinə qarşı çıxışlardan narahat olan Paşinyanın əhvalı Brüsseldə də pərişan görünürdü:
“Lakin Azərbaycanın hərtərəfli üstünlüyü, tərəfdaşların razılığı və maraqlı olmaları, eyni zamanda Ermənistanın dalandan xilas olaraq inkişaf etmə ümidləri Paşinyanı ram edən amillərdən sayıla bilər. Ümumiyyətlə, sülhə aparan siyasi proseslər asan olmasa da, qalib dövlət olaraq Azərbaycan artıq bütün çətin mərhələləri keçib. Odur ki, istər Qarabağın ermənilər yaşayan hissələri olsun, istərsə də Qazaxın kəndləri və Sədərəkin Kərki kəndi, hər biri azadlığına və təhlükəsizliyinə qovuşacaq. Təbii ki, Azərbaycan hər cür vəchlə indiyəcən bu əraziləri antiterror və ya digər yollarla qısa zamanda təmizləyə bilərdi. Lakin bu, gedən siyasi danışıqlara, sülh prosesinə, gələcək planlara xələl gətirə bilərdi. Ona görə də ən doğru olan hazırki davamiyyətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial