Eşq şəhəri...
Yusif Nəzərli
11:25 18.12.2021
Cəmiyyət
741
Hər mövsüm gözəldir
Həzrəti-Mövlanənin 748-ci “Vuslat İl dönümü” (görüş, vəhdət, birgəlik) Beynəlxalq Anım törəni çərçivəsində Mövlanə şəhəri Konya bu il də qonaqlarını qarşılayır. “Şərq” Türkiyə mediasına istinadən bildirir ki, Konya Böyükşəhər bələdiyyə başqanı İbrahim Altay Mövlanənin ilahi eşq, sevgi və qardaşlığa söykənən fəlsəfəsi əsrlərdir milyonlarla insanı Konyaya cəlb edir. Hər il Mövlanə Cəlaləddin Ruminin vəfatının ildönümü Konyaya gələn qonaqlar şəhərin tarixi və təbii gözəlliklərinə heyran qalır.
Ötən il pandemiya səbəbindən Konya qonaqları qəbul edə bilməyib. Bu il isə həqiqət və Mövlanə aşiqlərinin bir məkana cəmlənməsi mümkün oldu.
Builki tədbirlərdə səmazənlərin ecazkar çıxışları ilə yanaşı, konfranslar, sərgilər, “Məsnəvi” söhbətləri, dinləmələr, şəhər gəzintiləri də təşkil edilib. Bələdiyyə başqanı bildirib ki, builki tədbirlər sayəsində dünyaya mərhəmət və gözəlliklər gətirəcək ariflərin yetişəcəyinə ümid edir. Bu il qonaqlar Mövlanə türbəsi – Qübbə-yi Hadranın bərpa edildiyinə də şahid olur. Türbə özünün əsl rəngləriylə şəhərə gələnləri salamlayır.
Mövlanə türbəsi Konyanın rəmzi hesab edilir. Bu səbəbdən də onu bərpası çox diqqətlə aparılıb, tarixiliyinə, əslinə kölgə salınmasına imkan verilməyib. Mövlanə Bazarı və Altun Bazarda da tarixi ənənələrə uyğun bərpa işləri icra edilir. Bu layihə sayəsində ticarət sahəsində canlanma olacaq, dükan sahibləri də razı qalacaqlar.
“Yeni Konya” ərazisindəki Əlaəddin Təpəsi adlanan yerdə də bərpa işləri aparılır. Bələdiyyə başqanı “Səlcuq hökmdarlarının paytaxtı, Mövlanə şəhəri Konya hər mövsümdə gözəldir. UNESCO-nun qorunan mədəni miraslar siyahısında olan Konyada gəzməli, görməli yerlər çoxdur. Hamını Konyaya dəvət edirik”, söyləyib. Konra saray mətbəxinin də ən gözəl örnəklərinə sahibdir. Dünyada məzarı üzərində türbə inşa edilmiş yeganə aşbaz Atəşbaz-i Vəli də konyalıdır. Konyanın müasirliyi isə hazırda şəhərdə velosiped sürənlərin çox olmasıdır. Konya demək olar, həm də velosiped sürənlərin şəhərinə dönüb. Şəhər bələdiyyəsi velosipedlərin sayını artırmaq üçün layihələr həyata keçirir. Şəhərdə velosiped sürənlər üçün 35 kilometrlik yol çəkilib.
Burada velosiped parkları, velosiped təmir stansiyaları, xüsusi körpülər, işıqforlar quraşdırılıb. Velosipedlər havanı çirkləndirmədiyindən Konya ekoloji cəhətdən də təmiz şəhər hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual