Füzuli şəhərində azad olunan ərazilər üzrə ilk əmək yarmarkası keçirilib - YENİLƏNİB
10:00 17.11.2023
Cəmiyyət
471
Füzuli şəhərində keçirilən əmək yarmarkası başa çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib.Görüşdə ilk olaraq işəgötürənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, məşğulluq tədbirləri, icra olunan layihələr və Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, uyğun şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlbinə başlanılıb. Görülən işlərin nəticəsi olaraq artıq 73 nəfər münasib işlərlə təmin edilib, 20 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilib. Hazırda daha 150-dək sakinin məşğulluğunun təmini istiqamətində iş aparılır.
Görüşdə həmçinin Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluqlarının təmini üçün əməkdaşlıq istiqamətləri müzakirə edilib, işəgötürənlərin tələbləri öyrənilib.
***
11.36
Füzuli şəhərində əmək yarmarkası keçirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə keçirilən yarmarka Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə təşkil olunub.
İşğaldan azad olunan ərazilər üzrə ilk dəfə olaraq təşkil olunan yarmarkada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Məşğulluq filialının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Əmək yarmarkasında 20-dən çox müəssisə üzrə 200-ə yaxın vakansiya var. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında detallı məlumatlar yer alır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol