Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək
12:42 23.10.2024
Cəmiyyət
337
Gələn il 2 Günəş və 2 Ay tutulması baş verəcək.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Sherg.az-a verilən məlumata görə, 2025-ci ilin 1-ci Günəş tutulması martın 29-da olacaq, bu tutulma qismən Günəş tutulmasıdır.
Bildirilib ki, tutulma martın 29-u saat 12:50:35-də başlayıb, saat 16:43:25-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 52 dəqiqə 50 saniyə davam edəcək. Tutulmanın maksimumu saat 14:48:36-da olacaq. Qismən tutulma Rusiyanın şimalı, Avropa, Şimal-Qərbi Afrika və Atlantik okeanından görünəcək. Tutulma hadisəsi Azərbaycan ərazisində müşahidə olunmayacaq.
2025-ci ilin 2-ci qismən Günəş tutulması sentyabrın 21-də baş verəcək. Tutulma hadisəsi sentyabrın 21-i saat 21:29:32-də başlayıb, sentyabrın 22-si saat 01:53:33-də sona çatacaq. Tutulma hadisəsi 4 saat 22 dəqiqə davam edəcək. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43:04-də olacaq. Tutulma hadisəsi Sakit okean, Yeni Zellandiya və Antarktidada görünəcək. Tutulma Azərbaycan ərazisindən müşahidə olunmayacaq.
2025-ci ilin ilk Ay tutulması martın 14-də baş verəcək. Bu, tam Ay tutulmasıdır. Tutulma hadisəsi saat 09:09:33-də başlayıb, 12:47:48-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 38 dəqiqə çəkəcək. Tutulmanın maksimumu saat 10:59:56-da baş verəcək. Tam tutulma hadisəsi Sakit okean, Amerika, Qərbi Avropa, Qərbi Afrikada müşahidə olunacaq. Bu tutulma zamanı Ay üfüqdən aşağıda olduğu üçün Azərbaycandan müşahidə olunmayacaq.
2025-ci ilin 2-ci tam Ay tutulması sentyabrın 7-də baş verəcək. Tutulma sentyabrın 7-si saat 20:27:02-də başlayıb, 23:56:26-də sona çatacaq. Tutulma hadisəsi 3 saat 29 dəqiqə 24 saniyə çəkəcək. Tutulmanın maksimumu saat 22:12:58-də baş verəcək. 2025-ci ilin 2-ci tam Ay tutulması Avropa, Afrika, Asiya və Avstraliyada görünəcək.
Qeyd edilib ki, Azərbaycan ərazisindən axşam saatlarından başlayaraq gecə yarısına kimi tam Ay tutulmasını müşahidə etmək mümkün olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual