Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq - SİYAHI
Yusif Nəzərli
09:33 21.12.2022
Cəmiyyət
521
Gəncə, Sumqayıt, Şəki və Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin olunacaq.
"Report"un xəbərinə görə, bununla bağlı "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif olunur.
Dəyişikliklə Şirvan Apellyasiya Məhkəməsinin hakimi Rafiq Musa oğlu Cəfərov vəzifəsindən azad edilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural Turab oğlu Əliyevin isə vəzifəsi dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq.
Digər bir dəyişikliklə Şəki Apellyasiya Məhkəməsinin hakimi Ayaz Akif oğlu Mahmudov vəzifəsindən azad edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Aşağıdakı şəxslər də Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:
- Rəhimli Lalə Elxan qızı - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi;
- Cabbarova Gülnar İnqilab qızı - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi;
- İsmayılov Azər İbrahim oğlu - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
- Süleymanova Almaz Məhərrəm qızı - Sumqayıt Şəhər Məhkəməsinin hakimi;
Layihəyə əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızı vəzifələrindən azad edilir.
Bundan əlavə, aşağıdakı şəxslər də Şəki Apellyasiya Məhkəməsinin hakimi təyin olunacaq:
- Səmədov Xəqani Hacı oğlu - Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi;
- Mehdiyev Elçin Məhəmməd oğlu - Şəki Rayon Məhkəməsinin hakimi;
Başqa bir dəyişikliklə Gəncə Apellyasiya Məhkəməsinin hakimi Elçin İsgəndər oğlu Xasməmmədov, Şəki Rayon Məhkəməsinin hakimi İmanov Cahit Fehruz oğlu, Şirvan İnzibati Məhkəməsinin hakimi Həsənov Samir Firdovsi oğlu və Biləsuvar Rayon Məhkəməsinin hakimi Əhmədov Pərviz Tərlan oğlu Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin ediləcək.
Qanuna dəyişiklik layihələri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya