Geomaqnit qasırğası elanı verilibsə, açıq havaya çıxmayın! -XƏBƏRDARLIQ
09:33 29.10.2024
Cəmiyyət
628
Açıq havada təsir daha güclü olur
İnsanların bir çoxu səhhətlərində yaranan bəzi problemlərin məhz geomaqnit qasırğası ilə əlaqəli olduğunu bilmir
Mütəxəssislər 2024-cü ilin noyabrında bir sıra güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırırlar. Xarici mediada yayılan xəbərdə bildirilir ki, güclü geomaqnit pozuntuları 1, 3, 9, 17 və 20 noyabrda, maqnit qasırğalarının orta intensivliyi isə gələn ayın 5-i və 12-də gözlənilir. Maqnit qasırğaları hava şəraitinin dəyişməsinə həssas olan insanların sağlamlığına ciddi təsir göstərə bilər. Həmin günlərdə başağrısı və miqrendən tutmuş emosional qeyri-sabitliyə və iş qabiliyyətinin ümumi azalmasına qədər müxtəlif simptomlarla üzləşmə mümkündür. Noyabrın 5-i və 12-si üçün proqnozlaşdırılan orta intensiv maqnit qasırğaları dövründə insanlar yuxululuq və çaşqınlıq da daxil olmaqla daha az şiddətli, lakin nəzərəçarpacaq simptomlarla qarşılaşa bilər. Qeyd edək ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının ötən ay geomaqnit qasırğası haqqında verdiyi məlumatda bildirilirdi ki, Günəşdə aktiv və sakit dövr təxminən 11 ildən bir əvəzlənir. Hazırda Günəş 11 illik aktivliyinin maksimumuna yaxın olduğundan tez-tez geomaqnit qasırğaları baş verir. Günəşin fəallığı yenidən artdığından və günəşdə müxtəlif sinifli alışma baş verdiyindən Plazma atılması ilə müşayiət olunur. Plazma atılmasının təsiri isə Yerə adətən 2-3 günə çatır. Geomaqnit qasırğası zamanı qütb parıltıları da görünə bilir. Tibb mütəxəssisləri isə geomaqnit qasırğaları xəbərdarlığı verilən zaman insanları sağlamlıqlarına qarşı daha da diqqətli olmağa çağırır, adi gündəlik rejimi tənzimləməyi tövsiyə edirlər.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, geomaqint qasırğasından təsirlənən insanlar çoxdur. Lakin insanların bir çoxu səhhətlərində yaranan bəzi problemlərin məhz geomaqnit qasırğası ilə əlaqəli olduğunu bilmir. Bu cür təbiət hadisələrinin əvvəlcədən elan edilməsi insanların öz sağlamlıqlarına qarşı daha diqqətli olmalarını təmin edir:
- Ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlər, təzyiq problemi, xroniki xəstəlikləri olanlar, yaşlı insanlar geomaqnit qasırğası zamanı ehtiyatlı davranmalıdır. Ən birinci tövsiyə geomaqnit qasırğası olacağı barədə elan verilibsə, açıq havaya çıxmaqdan çəkinməkdir. Sadaladığım sağlamlıq problemləri olanlar açıq havada olmaqdan çəkinməli, ev şəratində qalmağa çalışmalıdır. Geomaqnit qasırğası adi gözlə görünəcək bir hal deyil, amma səhhətində müəyyən problemləri olanlara pis təsir edə bilər. Açıq havada bu təsir daha da güclü olur. Çünki birbaşa hava ilə təmasda olur insan. Belə insanlara meteohəssas insanlar deyilir. Çünki onların orqanizmi havadan gələn bəzi təsirlərə qarşı həssasdır. Meteohəssas insanlar kəskin temperatur dəyişmələrinə, elektromaqnit dalğalarına, atmosfer təzyiqinin, havada rütubətliliyin aşağı-yuxarı olmasına digər insanlardan daha həssas reaksiya verir. Hətta bu insanları məcazi mənada “Təbiətin barometrləri” də adlandırırlar. Çünki həmin insanlar maqnit dalğaları gəlməmişdən öncə hiss edirlər. Hətta bəzilərinin təzyiqi qalxır, oynaq, dayaq sistemində problem yaşayanlarda ağrılar baş qaldırır. Revmatizm xəstəliyi olanlar da belədir. Havada rütubət artdıqca oynaq ağrıları çoxalır. Geomaqnit qasırğası elm adamlarının dediyi kimi Günəşdə plazmanın atılması prosesidir və bu, Yer kürəsinə maqnit qasırğası şəklində gəlib çatır. Bəzən zəif, bəzənsə güclü. Havada ağırlıq yaranır, bu da sağlıq problemi olanlara mənfi təsir edir. Ona görə meteohəssas insanlara açıq havaya çıxmamaq, həkimlə məsləhətləşmək və həkimin təyin etdiyi dərman peparatlarını qəbul etmək məsləhətdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət