Güllə yağışı: “Ermənilər ya dəli olacaqlar, ya da qaçacaqlar”
Banuçiçək Kalbalıyeva
14:05 01.10.2020
Cəmiyyət
2033
“Yəni biz düşmənə həm də psixoloji zərbə vururuq”
“Məncə, hələ on gün belə davam edəcək. Sonra isə daha böyük şad xəbərlərə sevinə bilərik”
Artıq dörd gündür ki, cəbhənin bütün istiqamətlərində genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Ayın 27-də, döyüşlərin səhəri günü qələbə xəbərlərinə, yeddi kəndimizin azad olunmasına sevindik. İndi də bu sayaq müjdəli xəbərlərin davamını arzulayırıq, gözləyirik. Hətta qələbə xəbərlərinə təşnə olan insanlarımız ordumuza daim dəstək verirlər. Bu mənada kimi döyüşə qatılmaq üçün Səfərbərlik Xidmətinə yollanır, kimi qan verir, kimi… Bütün bunlar isə ölkəmizdə vətənpərvərlik ruhunun kifayət qədər yüksək olmasından xəbər verir.
Vəziyyəti dəyərləndirən ehtiyatda olan polkovnik Elxan Qaniyevin “Sherg.az”a bunları deyib:
“Ermənilər 1992-ci ildən sonra səngərlərdə möhkəmləndilər. İlk gün-özü də Ağdarədən yox, başqa istiqamətdən əks-hücuma keçdiyimizə görə, ermənilər hazırlıqsız yaxalandılar. Axı biz həmişə Ağdarədən həmlələr edirdik.
Ona görə Füzuli istiqamətində düşmən qüvvəsi az idi. Sonradan isə bütün qüvvələrini səfərbər etdilər. 1000-2000 nəfəri birdən-birə düşmən üzərinə göndərmək, əlbəttə, düzgün olmaz.
Amma ordumuzun taktikasını, seçdiyi strategiyanı çox bəyənirəm. Biz düşmən texnikasını, hərbi bazalarını, həmçinin şəxsi heyətini məhv edərək onları bezdiririk. Ermənilərin tədricən geri çəkildiyi də bunu sübut edir.
Hər gün başlarına güllə yağır. Buna tab gətirmək asan deyil: ya dəli olacaq, ya da qaçacaqlar. Yəni biz düşmənə həm də psixoloji zərbə vururuq. Məncə, hələ on gün belə davam edəcək. Sonra isə daha böyük şad xəbərlərə sevinə bilərik”.
Ehtiyatda olan polkovnik, həmçinin ordumuza tövsiyələrini də verdi: “Açıq ürək əməliyyatı olmuşam. Amma əgər çağırsalar, bu dəqiqə də döyüşə getməyə, təcrübəmi bölüşməyə hazıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm