
Hamlet İsaxanlı: “Biz Rəsulzadə ilə bağlı iş görməyə çox-çox əvvəldən başlamışıq”
Yusif Nəzərli
08:45 20.01.2024
Cəmiyyət
755
“Bu iş bizə doğma və maraqlıdır"
“Bir həftəyə 800 səhifəlik bir kitab işıq üzü görəcək. Orada böyük bir yazı mənimdir. Rəsulzadənin ədəbiyyatşünas kimi və bədii yaradıcılığı haqqında yazmışam”
"2004-cü ildə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 120 illiyinin qeyd olunması, konfransların keçirilməsi və onun materiallarının dərc olunmasını Azərbaycanda ilk dəfə Xəzər Universiteti həyata keçirib".
Bunu "Sherg.az"a açıqlamasında Xəzər Universitetinin təsisçisi, professor, “Rəsulzadənin ev muzeyi” İctimai Qrupu və “Rəsulzadə-140” yubiley Təşkilat Komitəsinin üzvü Hamlet İsaxanlı deyib. Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı verilmiş Sərəncamı dəyərləndirən alim qeyd edib ki, o zaman M.Ə.Rəsulzadə barədə kitab çap ediblər:
"Kitabın adı belə idi, - "Məhəmməd Əmin Rəsulzadə və ictimai-siyasi ideallar".
Dövrü tədqiq edən mütəxəssislərin, tarixçilərin iştirakı ilə çox populyar bir konfransımız oldu. Yəni biz M.Ə.Rəsulzadə ilə bağlı iş görməyə çox-çox əvvəldən, prezident Sərəncamı olmadan başlamışıq. O zaman belə məsələlər insanların ümidinə qalmışdı. Bizim ərsəyə gətirdiyimiz əsərləri başqa dillərə də çevirdilər, Moskvada bir kitab buraxıldı. Məhəmməd Əmin Rəsulzadə haqqında yazımı rus dilinə tərcümə edərək dərc etdilər. Bu iş bizə doğma və maraqlıdır".

H.İsaxanlı Rəsulzadənin 140 illiyi ilə bağlı görüləcək işlərdən də danışıb:
"Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı bir sıra tədbirlər nəzərdə tutulur. “Rəsulzadə-140” yubiley Təşkilat Komitəsində bu işlə Solmaz xanım (Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru, professor -red) məşğul olur. Təşkilatçılardan biri də Xəzər Universitetidir. Yanvarın 30-31 tarixləri üçün Bakıda çox böyük bir konfransa hazırlaşırıq. Xarici ölkələrdən də 17-78 nəfər görkəmli mütəxəssislər də konfransımızda iştirak edəcəklər. Türkiyə, Fransa, Almaniya, Rusiya, Polşa və başqa ölkələrdən bir çox alimlər gələcək. Konfransın bir günü Xəzər Universitetində keçiriləcək. Mövzu - Tadeuş Svetoxovskinin fəaliyyəti və onun M.Ə.Rəsulzadə haqqında tədqiqatları olacaq. Çünki o vaxt bu məsələ bizim universitetdə müzakirə olundu və Tadeuş Svetoxovskini dəvət etdik. O, Xəzər Universitetinin fəxri professoru oldu. Onun ingilis dilində olan kitabını Azərbaycan dilinə tərcümə etdirdik. Hətta tərcümə olunan kitab üçün Svetoxovski son dövrləri əhatə edən əlavə yeni fəsil yazdı. Böyük bir kitab da nəşr olunacaq. Hazırda kitab çapdadır və 1 həftəyə işıq üzü görəcək. 800 səhifəlik bir kitabdan söhbət gedir. Orada böyük bir yazı mənimdir. Məhəmməd Əmin Rəsulzadənin ədəbiyyatşünas kimi və bədii yaradıcılığı haqqında yazmışam. Çox ciddi işlər görürük".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. Sərəncamda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya
İmmuniteti gücləndirməyin ən asan yolu...
04:40 05.11.2026
Sağlamlıq