Həkim nikbindir: “Yoluxma artıqca virusun öldürücülük qabiliyyəti azalır”
Banuçiçək Kalbalıyeva
12:52 03.09.2020
Cəmiyyət
646
Koronavirusun ilin müxtəlif fəsillərində ömrünü müqayisə edən alimlər onun yazda və payızda daha uzun yaşadığını öyrəniblər. Yazda və payızda koronavirusun zərrəcikləri müxtəlif səthlərdə 17-30 saat yaşayır. Yayda isə bu göstərici cəmi 2-5 saatdır.
Bu baxımdan mütəxəssislər şəxsi gigiyena qaydalarına yüksək səviyyədə riayət etməyi və potensial yoluxmuş səthləri mütəmadi dezinfeksiya etməyi tövsiyə edirlər.
Bundan əvvəl Mount Auburn Hospitalının (ABŞ) mütəxəssisləri nisbətən yüksək temperaturda (10 dərəcədən yuxarı) virusun daha qısa müddətdə qaldığını, yüksək ultrabənövşəyi radiasiyaya məruz qaldıqda isə SARS-CoV-2 hissəciklərinin təsirsiz hala gəldiyini qeyd etmişdilər. Onların sözlərinə görə, digər amillər, məsələn, hava rütubəti praktik olaraq COVID-19-un yayılmasına təsir göstərmir. Bundan başqa, virusun ən aşağı yayılma tezliyi 10 dərəcə Selsiyə qədər olan temperaturda müşahidə edilib.
Alimlərin sözügedən iddiası barədə “Sherg.az”a danışan "Sağlamlığın Qorunması" İctimai Birliyinin rəhbəri Yazgül Abdıyeva vəziyyətin tədricən düzələcəyi qənaətindədir:
“Yoluxma artıqca virusun öldürücülük qabiliyyəti azalır. Düşünürəm ki, COVİD-19 gələcəkdə adi qrip kimi olacaq. II dalğa dedikdə isə bizim bildiyimiz qriplə koronavirusun eyni vaxtda keçirilməsi başa düşülməlidir.
Çünki immunitet daha da zəifləyir. Payıza doğru vəziyyətin pisləşəcəyini deyən alimlər həmin aylarda COVİD-19-dan əlavə, qripin də yayılmasını nəzərdə tuturlar. Hər halda özünü qorumaq adı ilə evdən çölə çıxmamaq, qapalı qalmaq düzgün deyil. Belədə immunitet zəifləyir.
Sadəcə tibbi maska taxmaq və sosial məsafəni qorumaqla adi, həmişəki fəaliyyətimizi davam etdirməliyik. İmmun sistemimizi təbii yolla, o cümlədən idmanla məşğul olmaqla, meyvə-tərəvəz qəbul etməklə gücləndirməliyik. Həkim nəzarəti olmadan, özbaşına dərman qəbul etmək isə yanlışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə