
Həkimin "kitab qovşağı" dəstəkləndi
08:27 11.08.2023
Cəmiyyət
464
Tural Cəfərov: "Kitabsız cəmiyyətin sonu fəlakətdir”
Cəlil Cavanşir: "İnanıram ki, bu cür təşəbbüslər çoxalacaq" “1 manatlıq kitab aksiyası keçirəndə bir doktorla tanış oldum. Çox kitab almışdı, diqqətimi çəkdi. Həmsöhbət olduq, bəlli oldu ki, işlədiyi ofisin yanında bir kitab rəfi qoymaq istəyir, parkda gəzişən gənclər rəfdə olan kitabları götürüb oxusunlar”.
Bunu “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deyib. Onun sözlərinə görə, sözügedən şəxs yeni yaratdığı "kitab qovşağı"nın şəkillərini də göstərib: “Kitab qovşağı Xırdalanda AAF yaşayış kompleksinin yanında yerləşir.
Hər məhəllədə belə bir ziyalımız olarsa, görün toplum necə inkişaf edər. Kitab oxumağın faydasını görən insanlar gərək önə çıxıb belə təşəbbüslərlə çıxış etsinlər.
Qeyd edək ki, bu, ilk təşəbbüs deyil. Ötən illər ərzində də ayrı-ayrı şəxslər tərəfindən şəhər mərkəzlərində və parklarda bu cür rəflər quraşdırılıb. Lakin nəticə gözlənilən effekti verməyib. Bir müddət sonra rəflər boşaldılıb, götürlən kitablar ya qaytarılmayıb, ya da ikinci əl qruplarında satışa çıxarılıb.
Sözügedən təşəbbüsü təqdirəlayiq hal kimi dəyərləndirən yazıçı Tural Cəfərov “Sherg.az"a açıqlamasında deyib ki, kitabla bağlı hər cür aksiya səmərəlidir:

“Biz hər şeydən qabaq kitabın insanlar üçün əlçatan olmasını təmin etməliyik. Sovet hökuməti bunu edə bilirdi, amma biz yox. Bu gün kitab az qala nadir bir elementə çevrilməkdədir. Məişətimizdən kitab götürülüb. O gün bizim binanın həyətində kitab oxuyan bir qız gördüm, az qaldım sevincimdən ağlayım. Qatarlarda, avtobuslarda, parklarda bu cür kitab nöqtələri təsis edilməlidir. Çünki kitabsız cəmiyyətin sonu fəlakətdir”.
Yazar Cəlil Cavanşir də hesab edir ki, nəticəsindən asılı olmayaraq ədəbiyyat və mütaliə yönündə irəli sürülən bütün təşəbbüslər diqqətəlayiqdir:
“Hər birimizin borcudur ki, gəncliyimizin gələcəyi naminə belə gözəl işlər görək. Mütaliənin stimullaşdırılması üçün atılan bütün addımları hər zaman alqışlamışam, bacardığım qədər dəstək olmuşam. Yaşadığımız dövr o qədər qarışıqdır ki, gələcəklə bağlı hamımız narahat olmalıyıq. Xüsusilə ziyalılar, düşünən insanlar narahatlıq keçirməklə qalmayıb, müəyyən addımlar atmalıdır. Xırdalanda gənclər üçün belə gözəl bir addım atılıb, alqışlayıram. İnanıram ki, gənclər həkimimizin bu gözəl addımını layiqincə dəyərləndirəcək. Son vaxtlar mütaliəyə, kitaba maraq müsbətə doğru dəyişir. İnanıram ki, bu cür təşəbbüslər çoxalacaq və gənc nəslin kitaba marağı arzuolunan səviyyəyə çatacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qarışqalar bu qoxuya nifrət edir: Bitkiləri xilas edən ədviyyat
05:25 25.04.2026
Maraqlı
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya