Hər bir azərbaycanlının ürəyincə olan qərar: “Ordumuza kömək..." - Bunu edəcəyik !
Banuçiçək Kalbalıyeva
12:23 04.09.2020
Cəmiyyət
1636
“Hərbi xərcləri ən yüksək səviyyədə saxlamalıyıq"
“Dövlət başçısı bu sahayə həmişə diqqət göstərib"
“Kimin- hansı dövlətin, qurumun xoşuna gəlmir, gəlməsin, amma bunu edəcəyik”
Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi artırılır. Bu barədə 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair müvafiq cədvəllərə istinadən xəbər verilib.
İlkin göstəricilərə dair açıqlamanı Maliyyə Nazirliyi yayıb.
Rəsmi proqnoza əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.
Müdafiə və təhlükəsizlik üzrə xərclər isə ümumi xərclərin 15,3 faizini təşkil edəcək.
Bu isə təxminən 3 milyard 954 milyon manatdan çoxdur.
2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və təhlükəsizlik üzrə xərclər 3 milyard 804 milyon 168 min manat məbləğində müəyyən edilib.
Bu barədə “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov sözügedən büdcə dəyişikliyini müsbət qiymətləndirib:
“Hesab edirəm ki, bu, hər bir Azərbaycan vətəndaşının ürəyincə olan qərardır. Hər halda ölkəmizin yürütdüyü siyasət və beynəlxalq aləmdə tutduğu mövqe heç də bütün ölkələr üçün arzuolunan deyil.
Üstəgəl, biz müharibə şəraitindəyik. Ermənilər kimi bədxah qonşumuz və qarşımızda torpaqlarımızı azad etmək tək müqəddəs vəzifə var.
Həmçinin Azərbaycan azsaylı kosmos ölkələrindəndir. Bu məqam hərbi müdafiə istiqamətində ordumuza çox kömək edir. Deməli, biz hərbi xərcləri ən yüksək səviyyədə saxlamalı, hərbçilərin müasir silahlarla, həmçinin lazımi qida və geyimlərlə təmin olunmasına çalışmalıyıq.
Dövlət başçısı bu sahayə həmişə diqqət göstərib.
Biz də parlementari kimi onun ordumuza qayğısını alqışlayırıq. Kimin- hansı dövlətin, qurumun xoşuna gəlmir, gəlməsin, amma bunu edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
II Qareginin qardaşı və qardaşı oğlu təqsirli biliniblər
19:17 08.10.2026
Cənubi Qafqaz
HƏMAS-ın hərbi qanadının komandiri öldürüldü
19:09 08.10.2026
Dünya
BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi ilə görüş keçirilib
18:35 08.10.2026
Gündəm
Beynəlxalq səyyahlar Ağdamda olublar - YENİLƏNİB
18:30 08.10.2026
Sosial
Türkiyənin F-35 proqramına qayıtması mümkündür - Hərbi ekspert
18:10 08.10.2026
Gündəm
Abbas Əraqçi: ABŞ-dən təkliflər almışıq, tezliklə cavab verəcəyik
18:01 08.10.2026
Aktual
Zaxarovanın sözləri Almaniyaya təhdid mesajıdır - POLİTOLOQ
17:53 08.10.2026
Siyasət
Pezeşkian Xəzər dənizi ilə bağlı xəbərdarlıq etdi
17:35 08.10.2026
Cəmiyyət
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə