Hər kəs əmin oldu: “Dövlət siyasətinin mərkəzində insan amili dayanır”
Banuçiçək Kalbalıyeva
12:32 02.09.2020
Cəmiyyət
869
Bu günlərdə dövlət başçısı İlham Əliyev koronaviruslu xəstələrin müalicəsi üçün növbəti hospitalın açılışında iştirak edib. Prezident nitqində bir sıra vacib məsələlərə toxunub. Ölkə başçısı bildirib ki, açılan yeni xəstəxanalar COVİD-19 ilə mübarizədə çox önəmli rol oynayır:
“Azərbaycanın müasir səhiyyə infrastrukturunun yaradılması, koronavirus pandemiyası dövründə bu sahədə görülən işlər, o cümlədən yeni tibb müəssisələrinin açılması dövlətin gördüyü işlərin ən bariz nümunəsidir. Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilməsi, səhiyyə sistemində çalışan insanların daim dövlətin qayğısı ilə əhatə olunması, Türkiyədən, Rusiyadan, Çindən, İtaliyadan, Kubadan həkimlərin Azərbaycana dəvət edilməsi də olduqca təqdirəlayiqdir”.
Görülən işlər barədə “Sherg.az” a danışan millət vəkili Cavid Osmanov söyləyib ki, Azərbaycanda insanların sağlamlığı naminə bütün zəruri addımlar atılıb:
“Bildiyiniz kimi, əvvəl hər biri 200 yerlik 10 xəstəxananın açılması nəzərdə tutuldu. Sonradan isə daha böyük işlər görüldü. Koronavirusdan əziyyət çəkənlər üçün yeni xəstəxanalar istifadəyə verildi. İnfrastukturuna görə fərqlənən “Yeni klinika”, həmçinin FHN nəzdində, regionlarda açılan xəstəxanalar görülən işlərə ən yaxşı nümunədir.
Bundan başqa, 30-dan çox müasir laboratoriya da istifadə verildi. Həmin addım da koronavirusla mübarizədə çox mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Sumqayıt Kimya Parkı nəzdində qoruyucu vasitələrin istehsalını həyata keçirən müəssisələr istifadəyə verildi. Bütün bunlar nəticəsində Azərbaycan koronavirusla mübarizədə dünya miqyasında fərqlənən, statistik göstəricilərə görə ilk yerlərdə qərarlaşan ölkələr sırasında yer aldı”.
C.Osmanov həmişə olduğu kimi, indi də dövlətin siyasətinin mərkəzində insan amilinin dayandığını xatırladıb:
“Aztəminatlı ailələrin sosial müdafiəsi də unudulmadı. Həmçinin məşğulluğun artırılması, birdəfəlik yardımların edilməsi, ictimai ödənişli iş yerlərinin açılması, sahibkarlara dövlət dəstəyi və s. kimi sosialyönümlü addımlar da koronavirus sınağından minimum zərərlə çıxmağımıza şərait yaratdı. Azərbaycan həm də regional və qlobal səviyyədə işlər gördü.
Biz 30-a yaxın ölkəyə yardım etdik, Zirvə görüşlərində təmsil olunduq. Bu, həm də ölkə başçısının nüfuzundan, liderlik qabiliyyətindən xəbər verir. Təsadüfi deyil ki, dünya mediası dəfələrlə Azərbaycandan yazdı.
ÜST dövlət başçımıza təşəkkür məktubları ünvanladı. Regionlardan da onlarca məktub gəldi. Beləliklə, hər kəs əmin oldu ki, Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol