Həşimovla eyni sırada dəfn olunan İKİNCİ POLAD: “50-dən çox mənfuru...” -Foto
Yusif Sultanoğlu
13:01 06.04.2021
Cəmiyyət
608
“Ağ uçuq istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir”
“Samir yaralanmasına baxmayaraq döyüşür. Yaralı silahdaşlarına kömək edir”
“Yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarır”
Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan oğullarımızdan biri də Silahlı qüvvələrin leytenantı Samir Əliyevdir. İgidimiz 1999-cu ildə Bakıda dünyaya göz açıb. Evin yeganə övladı olub. Samir 2005-ci ildə Xətai rayonu 55 nömrəli tam orta məktəbdə birinci sinifə başlayıb. Dərslərində göstərdiyi fəallığa görə dəfələrlə fəxri fərmana layiq görülüb. Orta məktəbi qırmızı diplomla başa vurub.
Şəhid yaxınlarının “Sherg.az”a verdiyi məlumata görə onun uşaq yaşlarından hərbiyə sevgisi olub:
“ Anası hərbi oyuncaqlarını hələ də saxlayır. Vətənə olan sevgisi onu elə bu peşəyə gətirib. 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.
Təhsil aldığı müddətdə savadlı, çalışqan, çevik olması ilə daim yoldaşlarından seçilib. 2020-ci ildə Ali təhsilini başa vurub və leytenant rütbəsi alıb. Ötən ilin iyun ayında N saylı hərbi hissədə xidmətə başlayıb.
O dövrdə də daim əsgərlərinə və xidmət yoldaşlarına xüsusi qayğı, diqqət göstərib. Samir Azərbaycanın ikinci Polad Həşimovu idi. Vətən müharibəsində də qəhrəmancasına vuruşub.
Ağ uçuq istiqamətində gedən döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Samir yaralanmasına baxmayaraq döyüşür. Yaralı silahdaşlarına kömək edir. Yoldaşlarını xüsusi taktika işlədərək mühasirədən çıxarır.
Həmin döyüşdə də qəhrəmancasına şəhadətə ucalır. Şəhidimizin adına park salınıb və bulaq tikilib. Onun şücaətləri dillər əzbəri olub. Samirin ən böyük arzularından biri də erməni başı kəsmək, qisas almaq idi.
Arzusuna çatdı- 50-dən çox mənfuru təkbaşına məhv edib. İgidimiz İkinci Fəxri xiyabanda Polad Həşimovla eyni sırada torpağa tapşırılıb”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol