"Hüququndan keçən əsgər" istirahət düşərgəsinə start verilib
Yusif Nəzərli
19:23 13.08.2023
Cəmiyyət
445
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə 44 günlük Vətən müharibəsi iştirakçıları və qazilər üçün Quba rayonunda "Hüququndan keçən əsgər" istirahət düşərgəsi təşkil olunub.
Düşərgənin təşkil edilməsində əsas məqsəd müharibə iştirakçılarının, xüsusilə də gənc qazilərimizin istirahətini təşkil etmək və asudə vaxtlarını səmərəli keçirilməsinə töhfə verməkdən ibarətdir.
Düşərgə iştirakçıları Quba rayonuna səfəri zamanı ilk öncə şəhərin girəcəyində yerləşən Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin adidəsini, sonra Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbçilərin məzarını ziyarət etdilər. Xiyabanda olan zaman şəhid valideynlərinin övladlarının məzarını ziyarət etdiklərini müşahidə etdik.
Müharibə iştirakçılarının və qazilərin orada olduğunu bilən Qubada yaşayan şəhid ailələrinin valideynləri Şəhidlər xiyabanına gələrək onlarla görüşdü. Şəhid Abduləlimov Miqdad Faiq oğlunun anası Tünzalə xanım söhbət zamanı Şəhidlər xiyabanına gəldikləri üçün onlara təşəkkürünü bildirdi. Burada olduqları müddətdə nə lazımdırsa kömək etməyə hazır olduğunu vurğuladı və qeyd etdi ki, sizin kimi cəsur oğlanlar bizim övladlarımızın qanını yerdə qoymadı.
Sonra müharibə iştirakçıları istirahət edəcəkləri məkana gəldilər. Burada asudə vaxtlarını səmərəli keçirmək üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya