İki qardaşı FHN-də rəis işləyən DGK generalı səlahiyyətsiz qalıb
Yusif Nəzərli
13:57 15.12.2022
Cəmiyyət
541
Dövlət Gömrük Komitəsi sədrinin müavini, general-leytenant Əsgər Abdullayevin vəzifə səlahiyyətləri əlindən alınıb.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Əsgər Abdullayevin adı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan komitənin vəzifəli şəxsləri ilə iş birliyində hallanır. Məlumata görə, general artıq Bakıda və Naxçıvanda keçirilən əməliyyatlara görə istintaq orqanları tərəfindən dindirilib.
2006-cı il iyunun 21-dən Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsini tutan Əsgər Abdullayevin kurasiyasında Əməliyyat və İstintaq Baş İdarəsi, Növbətçi Hissələrin İdarəedilməsi Xidməti, Baş Gömrük Mühafizə Xidməti və Kinoloji Mərkəz olub.
Əməliyyat və İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Məsum Rəsulov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı həbs edilib. Baş Gömrük Mühafizə Xidmətinin 76 yaşlı rəisi, general-mayor İsmayıl Ələkbərov və Növbətçi Hissələrin İdarəedilməsi Xidmətinin rəisi, polkovnik Əjdər Abdullayev isə təqaüdə göndəriliblər.
Əsgər Abdullayev 1996-2006-cı illərdə Dövlət Gömrük Komitəsində idarə rəisi və Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. Bu illər ərzində komitənin sabiq sədri və hazırda fövqəladə hallar naziri olan general-polkovnik Kəmaləddin Heydərovla çox yaxın münasibətləri olub.
Əsgər Abdullayevin hazırda iki qardaşı - Qüdrət və Adil Abdullayevlərin FHN-də yüksək vəzifə və rütbələri var.
Belə ki, Adil Abdullayev Kəmaləddin Heydərov DGK-nın sədri olduğu dönəmdə də gömrükdə çalışıb. O, FHN-ə transfer olunduqdan sonra general-mayor rütbəsinə kimi yüksəlib və hazırda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisidir. Polkovnik Qüdrət Abdullayev isə FHN-in Baş Əməliyyat İdarəsində çalışır.
Kəmaləddin Heydərova yaxınlığı ilə tanınan Əsgər Abdullayev gömrükdə kurasiyasında olan idarə və təşkilatlara cavabdehlik vəzifəsindən kənarlaşdırılıb, hazırda isə yalnız sədr müavini kimi yola salınacağı günü gözləyir.
Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən “Qaynarinfo”ya bildirilib ki, general-leytenant Əsgər Abdullayev sədr müavini vəzifəsindədir və onun işdən azad olunması ilə bağlı Prezidentin sərəncamını yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi