İlahiyyatçı: “Açıq havada iftar süfrəsi verilə bilər”
Fidan Həmişəyeva
08:39 15.04.2021
Cəmiyyət
630
“Amma bunu müəyyən qaydalara riayət etməklə həyata keçirmək mümkündür”
Ölkəmizdə Ramazan ayının başlanması ilə bağlı sərt karantin qaydalarının tətbiqinə dair ehtimallar artır. Buna səbəb kimi orucluq ayında insanların daha çox bir yerə toplaşacağı, ünsiyyətin artacağı göstərilir.
Məlumdur ki, Novruz bayramından sonra koronavirusa yoluxma sayında kəskin artım müşahidə olundu. İnsanların kütləvi olaraq bir yerə toplaşması, bayram günlərində bir-birilərinin evinə gedib-gəlmələri yoluxmanı sürətləndirdi. Məhz daha da təlükəli durumun yaşanmaması müvafiq sərt tədbirlərin görüləcəyi deyilir.
Həkim-infeksionist Sadiqə Əliyeva bildirib ki, yoluxma sayı bu tendensiya ilə davam edərsə, Ramazanda müəyyən qapanmaların olması qaçılmazdır:
“İftar süfrələrində toplaşmaların qarşısı alınmalıdır. Hər kəs müəyyən fədakarlıq edib, qaydalara əməl etsə, yoluxma sayında artım olmaz”.
İlahiyyatçı Elşad Miri “Sherg.az”a açıqlamasında pandemiya dövründə insanların psixologiyasına mənfi təsir edən bir çox amillərin olduğunu söyləyib:
“Bunlardan birincisi insanların bir-biri ilə ünsiyyətsiz olmasıdır. Bəzi yerlərdə ünsiyyət qurmaq qadağan edilmir, lakin çox olmamaq şərti ilə yaxın qohum-əqrəba bir-birini ziyarət etməlidir.
Amma bəzi qaydalara əməl etmək lazımdır. Yəni görüşmədən, qucaqlaşıb-öpüşmədən məsələni həll etmək olar. Bu, problemli bir hal deyil.
Sadəcə olaraq bir çox insanın yığışaraq kütləvi yoluxma yarada biləcək addımlardan çəkinməsi daha məqsədəuyğun olardı. Ancaq insanları heç bir şəkildə ünsiyyətdən kənar qoymaq olmaz. Havalar isinir, bəzi yerlərdə açıq havada iftar süfrəsi verilə, insanlar bir-biri ilə söhbət edə bilər. Amma bunu müəyyən qaydalara riayət etməklə həyata keçirmək mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual