"İlk gündən Azərbaycan hökuməti bu məsələdə çevik hərəkət etdi" - Tarixçi-alim
Turan
07:56 25.03.2020
Cəmiyyət
819
"Koronavirus məsələsində ciddi olmaq lazımdır. Çünki bu virus pandemiya elan edilib".
Bu barədə "Sherg.az"a tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi bildirib ki, virusun nə qədər təhlükəli olduğu ortadadır:
"Maraqlıdır ki, bu pandemiyaya biz də lağlağı kimi baxanlar çoxdur. Onların fikrincə, bu, bir siyasi məsələdir və keçib gedəcək. Lap olsun siyasi məsələ. Nə dəyişir axı, siyasi məsələ olsa belə insanlar ölür. Deməli hamımız yoluxa bilərik. Ona görə də ciddi olmalı və həmrəylik nümayiş etdirməliyik. Hesab edirəm ki, ilk gündən Azərbaycan hökuməti bu məsələdə çevik hərəkət etdi. İndi hamımız bu pandemiyaya qarşı diqqətli olmalıyıq. Ölkə başçısının bu istiqamətdə bütün addımları bəyəniləndir. Ölkə əhalisi nə qədər həmrəylik nümayiş etdirsə, bu bəladan az itki ilə çıxa bilərik. Bütün hallarda bizə əhalimizin sağlamlığı daha vacibdir. Bu, həm də bir imtahandır".
D.Əzimliyə görə, imkanlı şəxslər, iş adamları ehtiyac sahiblərinə yardım etməlidir:
"Bildiyiniz kimi, şadlıq evləri, kafelər, restoranlar, tkinti sektorları işləmir. Bu obyektlərdə minlərlə insanlar çalışırdı. Onların əksəriyyəti günəmuzd idilər. İndiki çətin vaxtda sahibkarlardan, milyonlar yığanlardan səs çıxmalıdır. Onlar evlərdə yaşayan tənha insanları himayəyə götürməlidirlər. Tələbələrə, günəmuzd işləyənlərə vəsait ayırmalıdırlar. Onda həmrəylik də alınar, elliklə gələn bəla da tezliklə sovuşar"
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ötən gün metro ilə 605 min nəfərdən çox sərnişin daşınıb
18:27 16.09.2026
İnfrastruktur
Müəllimlərin 89,4 faizi məktəbdə şagird zorakılığına şahid olub
18:26 16.09.2026
Cəmiyyət
Ceyhun Bayramov Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb
18:16 16.09.2026
Gündəm
Kitab oxumaq Alzheimer riskini azaldır - Araşdırma
18:14 16.09.2026
Sağlamlıq
“Kurtlar Vadisi” serialı ilə bağlı araşdırma aparılacaq
17:40 16.09.2026
Hadisə
Sahibə Qafarova Pan-Afrika Parlamentinin Prezidenti ilə görüşüb
17:19 16.09.2026
Gündəm
İran diplomatı İsveçdən qovuldu
17:07 16.09.2026
Dünya
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb
16:42 16.09.2026
Gündəm
Lavrov Türkiyənin adını çəkərək Ermənistana xəbərdarlıq etdi
16:17 16.09.2026
Gündəm
Putin bu gün rusiyalılara müraciət edəcək
15:30 16.09.2026
Gündəm
Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:27 16.09.2026
Hadisə
Alen Simonyan: İki gündən bir Hikmət Hacıyevlə danışıram
15:00 16.09.2026
Gündəm