“İrəli” İctimai Birliyi Anım Günü çərçivəsində tədbirlərə start verib - FOTO
Yusif Nəzərli
12:05 27.09.2022
Cəmiyyət
445
“İrəli” İctimai Birliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərin icrasına başlanılıb.
Birliyin mətbuat xidmətindən məlumat verilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə İkinci Fəxri və Şəhidlər xiyabanında Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 15 müxtəlif şəhər və rayonda təqdimatı keçirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir. Layihə çərçivəsində hazırlanmış 27 videoçarxın qarşıdakı günlərdə minlərlə gəncin iştirakı ilə respublikamızın bütün bölgələrində təqdimatının keçiriləcəyi nəzərdə tutulur.
Həmçinin “İrəli” İctimai Birliyinin ofisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin ən yüksək təntənəsi idi. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, qətiyyəti və prinsipiallığı qısa müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə görə dövlətimizin başçısına öz minnətdarlığını bildirən İlqar Axundov diqqətə çatdırdı ki, nümayişin keçirilməsi Zəfər tariximiz haqqında gənclərin maarifləndirilməsi məqsədi daşıyır.
Həyata keçirilən tədbirlərlə yanaşı Birlik tərəfindən “Müzəffər Əsgərimizi tanıt” adlı sosial media kampaniyasının keçirilməsi planlaşdırılır. Kampaniyanın əsas məqsədi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş igid vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmək və onların döyüş yolu haqqında əhalinin məlumatlanmasını təmin etməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Huawei”in yeni telefon markası “Starlight” olacaq
06:42 31.10.2026
Texnologiya
Xüsusi aparata ehtiyac yoxdur - Tiftiyi bir hərəkətlə yox edir
06:06 31.10.2026
Relaks
Çin Almaniya ilə süni intellekt sahəsində əməkdaşlıq edəcək
05:25 31.10.2026
Dünya
Qırmızı xalıda opüşdülər!
04:50 31.10.2026
Şou
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol