İtən turistin atası DANIŞDI: “Biz onun hələ də sağ tapılacağına ümid edirik” - YENİLƏNİB
Yusif Nəzərli
15:24 05.07.2022
Cəmiyyət
330
Zaqatalada itkin düşən hindistanlı turistin atası oğlu haqqında yazılanlara münasibət bildirib.
Turistin atası Purna Chandra Rao Kondaveeti Lent.az-a açıqlamasında bildirib ki, oğlunun bundan əvvəl itkin düşməsi barədə yazılanlar doğru deyil: “Zaqatalaya gələndən dərhal sonra verdiyimiz müsahibədən savayı biz heç bir jurnalistlə danışmamışıq. Həmin vaxt da ona görə mətbuata danışdıq ki, daha çox insanın axtarışa qoşulması üçün Mani haqqında məlumatın yayılmasının faydalı olacağını düşünürdük. Mani heç vaxt Hindistanda və ya başqa yerdə itkin düşməyib, bir neçə ölkəni gəzib və demək olar ki, hər gün bizimlə əlaqə saxlayıb”.
Atası oğlunun eynəyinin qiymətinin 10 min dollara olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mətbuat yazır ki, guya oğlumun eynəyinin qiyməti 10 min dollar olub. Bu yalandır. Eynəyin qiyməti 100 manatdan da ucuzdur”.
Purna Chandra Rao Kondaveeti itkin düşən oğlunun sağ-salamat tapılacağına ümid etdiklərini də sözlərinə əlavə edib: “Ailə üzvləri hələ də onun sağ-salamat tapılacağına ümid edirlər”.
14:18
Zaqatalada yoxa çıxan hindistanlı turistlə bağlı maraqlı fakt ortaya çıxıb.
Lent.az xəbər verir ki, turistin ailəsindən verilən məlumata görə, Manikath Kondaveeti dörd-beş il əvvəl də Hindistanda itkin düşübmüş. O zaman Manikath Kondaveeti iki aydan sonra tapılıb.
Ailəsi bundan əvvəl də belə bir halın baş verdiyi üçün onun ölümünə inanmır və sağ-salamat tapılacağına ümid edir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, turistin axtarışları hələlik heç bir nəticə verməyib. Hazırda onun tapılması istiqamətində bütün zəruri tədbirlər davam etdirilir.
Xatırladaq ki, mayın 17-də Hindistan Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin Zaqatalada itkin düşməsi ilə bağlı polisə müraciət daxil olub. İlkin araşdırma nəticəsində onun mayın 12-də Zaqatalada qaldığı hoteli tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.
O, itkin düşəndən sonra qardaşı Dharan Kondaveeti və atası Purna Çandra Rao Kondaveeti Zaqatalaya gəliblər. Onlar hələ də rayondadırlar.
29 yaşlı Hindistan vətəndaşının axtarışlarına Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçuları, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət qruplar, dronlar, ərazini tanıyan yerli sakinlər, alpinistlər cəlb olunublar.
53 gün keçməsinə baxmayaraq, turisti tapmaq hələlik mümkün olmayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda III Beynəlxalq Ailə Hüququ Konfransı keçirilib - FOTO
15:56 04.09.2026
Aktual
Vaqif Sadıqov Azərbaycanın İsveçrədəki səfiri təyin edilib
15:17 04.09.2026
Gündəm
Avropa İttifaqı və Rusiya 2030-cu ilədək müharibəyə başlaya bilər
15:01 04.09.2026
Dünya
ABŞ 101 haitilini ölkədən deportasiya etdi
14:54 04.09.2026
Dünya
Putin MDB ölkələrinə çağırış etdi
14:37 04.09.2026
Dünya
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya