
Jurnalistdən sərt tənqid! - “Qızım bağçada guya yıxılıb, başı əzilib” - "Baby Star"dan "star əməl"!
Yusif Nəzərli
12:54 05.09.2022
Cəmiyyət
455
İlkin Pirəli:“Hər yerdə kamera quraşdırılıb, amma bisetka tərəfə quraşdırılmayıb. Bu şübhəlidir”
“Əgər həmin vaxt əmin olsaydım ki, uşağı vurublar, dərhal hüquqi müstəvidə addımlar atardım, şəxsən özüm də cavablarını lazımınca verərdim”
“İnsanların dövlət bağçalarına inamı sarsılıb, özəl bağçalara üz tuturlar, sonu da belə olur”
Sosial şəbəkələrdə Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb.
Daxili İşlər Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb və mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb. Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb. Mərkəzin direktoru Nuranə Hacızadə artıq Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerinə yerləşdirilib.

“Mehnur” da baş verənlərdən sonra jurnalist İlkin Pirəlinin “facebook” hesabında azyaşlı övladının bağçalardan birində işgəncə görməsi ilə bağlı paylaşımı diqqət çəkib. Həmkarımız bu barədə ətraflı “Sherg.az”a danışıb:
“ Qızım iki ay əvvəl bağçaya gedib, guya yıxılıb, başı əzilib. Amma kamera görüntüləri yoxdur. Hər yerdə kamera quraşdırılıb, amma bisetka tərəfə quraşdırılmayıb. Bu şübhəlidir. Bizi inandırdılar, işin üstünə getmədik, “uşaq yıxılar da, əzilər də” prinsipindən yanaşdıq. Amma bir daha o bağçaya qoymadıq. “Bağçam” uşaq bağçaları şəbəkəsinə (İndiqo) daxil olan "Baby Star"la bağlı dediklərim sırf özəl bağça məsələsinə diqqət çəkmək üçün olub. Tövsiyə edirəm ki, valideynlər özəl bağça seçərkən diqqətli olsunlar. Reklamlara, bər-bəzəkli binalara aldanmasınlar. Nə bilirsiniz, o binaların içərisində nələr baş verir? Biz aldandıq. Siz aldanmayın! Hələ guya biz hansı bağçanın daha yaxşı olduğunu öncədən araşdırmışdıq . Əgər həmin vaxt əmin olsaydım ki, uşağı vurublar, dərhal hüquqi müstəvidə addımlar atardım, şəxsən özüm də cavablarını lazımınca verərdim. Bir bağçanın əməkdaşının və rəhbərliyinin qarşısında aciz qalacaq deyiləm. Bundan sonra onların cəzası ictimai qınaq olsun. Çünki xeyli müddət də keçib. Əsas odur, ictimailəşdirdik, tanıdılar, bildilər. Bir daha hər kəsi ehtiyatlı olmağa çağırıram. Digər bir vacib məqam özəl bağçalara dövlət nəzarətinin olması ilə bağlıdır. Göbələk kimi yayılıblar. Bakının hər rayonunda 10-15 özəl bağça var. Kim bunlara nəzarət edir? Monitorinqlər aparılmalıdır, müəllimlərin psixoloji durumları yoxlanılmalıdır, lisenziyalarına yenidən baxılmalıdır. İnsanların dövlət bağçalarına inamı sarsılıb, özəl bağçalara üz tuturlar, sonu da belə olur ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm