Jurnalistdən sərt təpki:“Dövlətimiz bütün xarici təsirləri yox etməlidir”
Turan
09:18 05.03.2020
Cəmiyyət
943
Azər Həsrət:“İrana bağlı adamların, xüsusən din pərdəsi adı altında siyasi mübarizə aparması yolverilməzdir”
“Azərbaycanın xüsusi xidmət orqanlarının Hacı İlham Əliyevin xarici dövlətə bağlılığı ilə bağlı şübhələri əsassız deyil”
“İstənilən siyasət adamı, istənilən ictimai xadim hansısa xarici dövlətə bağlıdırsa, artıq onun öz dövlətinə və xalqına fayda verməsindən danışa bilmərik”.
Bunu “Sherg.az”a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyevin DTX əməkdaşları tərəfindən saxlanılmasına münasibət bildirərkən deyib.
Jurnalist bildirib ki, konkret İrana bağlı adamların, xüsusən din pərdəsi adı altında siyasi mübarizə aparması yolverilməzdir:
“Azərbaycan dünyəvi dövlətdir. Burada hər kəsə normal və dünyəvi siyasət yürütmək üçün şərait var. Kimsə hakimiyyətdən narazıdırsa, bunu ifadə etməyin normal yolarını tapmalıdır. Lakin bu narazılıqları xarici ölkənin, konkret İranın təsiri altında etmək, özü də din pərdəsinə bürünərək reallaşdırmaq həmin şəxsin və onun rəhbərlik etdiyi təşkilatın öz dövlətinə xəyanətidir. Sözügedən şəxsin həbs olunması və onunla bağlı bəzi saytlarda başladılan proses bir daha göstərir ki, cəmiyyətimiz belə məsələlərdə olduqca diqqətli olmalıdır. Dövlətimiz bütün xarici təsirləri azaltmalı, ümumiyyətlə yox etməlidir. O baxımdan hansısa xarici ölkəyə bağlı siyasi kəsimin burada fəaliyyət göstərməsi yolverilməzdir”.
A.Həsrət bildirib ki, araşdırmaların və istintaqın yekun nəticəsi ilə bağlı ictimaiyyətə məlumat veriləcək:
“Əgər bu adamı İrana bağlı mərkəzlər, saytlar müdafiə edirsə, artıq burada “xoruzun quyruğu” görünür. Deməli bu adam onlara işləyirmiş, onlara bağlı imiş, ona görə də müdafiə edirlər. Adətən, insan haqqları ilə bağlı daha çox Qərbdəki məlum dairələr etiraz bildirirlər. İran belə məsələlərin üzərinə getmir. Ancaq son hadisələr göstərir ki, İrana bağlı mərkəzlər konkret bu şəxsin müdafiəsi ilə məşğuldur. Deməli, Azərbaycanın xüsusi xidmət orqanlarının həmin şəxsin xarici dövlətə bağlılığı ilə bağlı şübhələri əsassız deyil”.
Qeyd edək ki, İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb. İ.Əliyev barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Saxlanılan şəxsə “Dövlətə xəyanət” maddəsi ilə ittiham irəli sürülüb. Əfsuslar olsun ki, müəyyən dairələrdən maliyyələşən bəzi saytlar hacı İlham Əliyevi “qəhrəman”, “din alimi” fonunda təqdim edərək, onun həbsini hökumətin dindar siyasətçilərə təzyiqi kimi sırımağa cəhd edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə hərbi vertolyot qəzaya uğrayıb
01:55 22.04.2026
Gündəm
Tramp: ABŞ-la İran arasında atəşkəs müddəti uzadılıb
01:30 22.04.2026
Dünya
Səhər enerjili oyanmağın ən asan yolu: Bir damla kifayətdir
00:46 22.04.2026
Sağlamlıq
Məşhur aktyor 9 övladı ilə tədbirə qatıldı
00:22 22.04.2026
Şou
Rusiyadan İsrailə: Bu sözlər yersizdir!
23:59 21.04.2026
Dünya
Trampdan sərt xəbərdarlıq: "Avropa yox ola bilər"
23:44 21.04.2026
Dünya
Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub
23:00 21.04.2026
Dünya
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
22:41 21.04.2026
Dünya
"Spiegel": Almaniya Hörmüz boğazına üç gəmi göndərmək niyyətindədir
22:25 21.04.2026
Dünya
“Zirə” finala yüksəldi
21:52 21.04.2026
Futbol
Böyük hərbi plan: Aİ Ukrayna üçün 90 min hərbçi hazırladı
21:36 21.04.2026
Gündəm
Əli Əsədov Qazaxıstana işgüzar səfər edib
20:53 21.04.2026
Siyasət
Latviya Prezidenti Azərbaycana gəlib
20:38 21.04.2026
Rəsmi
Pakistan İrandan cavab gözləyir
20:30 21.04.2026
Dünya
2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib
20:07 21.04.2026
Sağlamlıq