Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI - YENİLƏNİB
Yusif Nəzərli
15:51 19.12.2022
Cəmiyyət
569
Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin inzibati binasında çəkildiyi iddia edilən görüntülər barədə danışıb.
Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov “Unikal”a açıqlama verib:
“Bu, şəhid ailəsinin qızının məclisidir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?
Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq”, - deyə nazir qeyd edib.
17:08
Fövqəladə Hallar Nazirliyinin inzibati binasında çəkildiyi iddia edilən görüntülər gündəm olub.
Oxu.Az-ın məlumatına görə, sosial şəbəkədə Fövqəladə Hallar Nazirliyinin xanım işçilərinin, ehtimal ki, qurumun inzibati binasında xınayaxdı mərasimi keçirdiklərini əks etdirən görüntülər yayılıb. Videoda xanım işçilərin xidməti geyimlərində qadın məclisi təşkil etdikləri öz əksini tapıb.
Xatırladaq ki, bir müddət öncə FHN əməkdaşlarının nazirliyin inzibati binasında intim görüntüləri də yayılmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya