
“Kənd yerində insanlar çörəyi pulla alırlar” – Tənbəlləşiblər!
Yusif Nəzərli
09:10 20.12.2021
Cəmiyyət
797
“Təndir qurub, çörək yapmaq, öz kartoflarını yemək istəmirlər”
“Əkib, becərmək işində tənbəlləşiblər”
Son zamanlar əhali meyvə və tərəvəzlərin dadındakı dəyişikliklərdən narazıdır. Bazardan məhsul alıb, evə gətirirlər. Lakin qarşılaşdıqları mənzərə xoşagələn olmur. Qiymətlərə gəlincə isə “bazar od tutub, yanır”. Keyfiyyətlə kəmiyyət paradoks təşkil edir. Sözsüz ki, aşağı keyfiyyətli, dərmanla yetişdirilən məhsullar insanların sağlamlığına da ziyan vurur. Üstəlik qış ayıdır və pandemiya dönəmindəyik. Xəstəliklər qapımızı döyməsin deyə vitaminlər qəbul etməliyik. Zəruri olan üzvi birləşmələr maddə şəklində deyil, orqanik məhsullardan əldə edilməlidir.
Təəssüf ki, insanlar təbii qidalardan istifadə edə bilmirlər. Çünki kimyəvi maddələrsiz becərilən meyvə-tərəvəz tapmaqda çətinlik çəkirlər. Faydasız məhsullar xəstəliklərin sürətlənməsi, immunitetin zəifləməsinə yol açır. Həm şəhərdə, həm də rayonlarda demək olar ki, vəziyyət eynilik təşkil edir. Buna səbəb rayon əhalisinin də kənd təsərrüfatından müəyyən qədər uzaqlaşmasıdır. Bu mövzu sosial şəbəkələrdə də müzakirə olunur. Məsələn, ötənlərdə şəbəkə istifadəçilərindən biri aldığı pomidorun qiymət və keyfiyyətindən şikayətlənib. Pomidorun dadsız, bərk olduğunu yazıb. Sanki pomidor deyil də, alma doğradığını iddia edib. Belə hallarla qarşılaşanlar hər birimizin ətrafında mövcuddur. Nəticə etibarilə hamımız eyni ölkənin havası, suyu, torpağı ilə qidalanırıq.

Gündən-günə dadını unutduğumuz məhsullardan“Sherg.az”a danışan AQTA yanında İctimai Şuranın üzvü, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycan və dünya istehlakçıları gələcəkdə keyfiyyətli və dadlı meyvə-tərəvəzlər gözləməsinlər:
“İldən ilə toxumçuluq sənayesi dəyişir. Genetik modifikasiya olunmuş bitkilər əmələ gəlir. Hər şey bazar üçündür. İstehlakçı əsri yaşayırıq. Ölkədən ölkəyə daşıyanda yolda xarab olmasın. Aqrokimya və genetik modifikasiya olunmuş elm məhsulların görünüşünün yaxşı, gec xarab olması buna yönəlibdir. Heç bir istehsalçıya malının tez korlanması sərf etmir. Tanrı bütün canlı aləmi elə yaradıb ki, toxum yerə düşdükdə cücərir və yeni bitki əmələ gəlir. Yəni nəsil davam edir. Məsələn, hazırda bazarda satılan bərk qarpızlar mövcuddur. Şirin, görkəmi də yaxşıdır. Amma onun toxumunu əksək, cücərməyəcək. Keçən həftə bazardan toxum aldım. Toxum sənayesi bir monopolistin əlində birləşir. Məsələn, Amerikada “Monsanto” şirkəti var. O, elə bir toxum yaradır ki, məhsul bazarda xarab olmur”.
E.Hüseynov vurğulayıb ki, istehlakçıların sağlamlığı barədə düşünən azdır:
“Cürbəcür yeni bitkilər bir-birinə calaq olunur. Ölkə başçısının genetik modifikasiya olunmuş toxumların Azərbaycana gətirilməsi ilə bağlı ciddi tapşırıqları var. Lakin fikrimcə, bitki öz toxumundan yeni nəsil vermirsə, deməli genetik modifikasiya olunub. Belə bitkilər Azərbaycanda az deyil. Ümumiyyətlə, qədim Azərbaycan bitkilərinin kökü kəsilir. Qiymətin bahalaşmasına səbəb isə dünyada ərzaq qiymətinin artan tendensiyası ilə getməsidir. Belə də davam edəcək. Əhalinin çox hissəsi kənddən şəhərə köçür. Kənd yerində insanlar çörəyi pulla alırlar. Təndir qoyub, çörək yapmaq, öz kartoflarını yemək istəmirlər. Əkib, becərmək işində tənbəlləşiblər. Əhalinin gəlirləri artdıqca ağır kənd təsərrüfatı işindən uzaqlaşması paralel baş verir. Çox yaxşı haldır ki, Azərbaycanın, xüsusən Qərb rayonlarında kənd təsərrüfatı işinə çox ciddi yanaşılır. Mən dünya bankının layihəsi çərçivəsində təxminən 10 gün əvvəl monitorinqlər apardım. Böyük ştilçilik təsərrüfatları var. Pomidor, xiyar yetişdirməklə məşğul olurlar. Gedib o plantasiyalara baxsaq, görərik ki, xiyarı yerə əkmirlər, Onların çoxusu kimyəvi maddələrlə qulluq olunan məhsullardır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə