Kirayə mənzillərlə bağlı qıtlıq yaşanır -Ekspert
Yusif Nəzərli
11:02 13.08.2023
Cəmiyyət
656
Elnur Fərzəliyev: "20-30 faizə qədər qiymət artımı müşahidə edilir"
Yaxın günlərdə kirayə mənzil bazarında canlanma gözlənilir. Tələbələrin gəlməyinə sayılı həftələr qaldığını xatırladan ekspertlərin fikrincə, bu aktivlik qiymətlərdən də yan keçməyəcək. Qeyd olunub ki, kirayə mənzillərin qiymətinin bahalaşmasının qarşısını ancaq tələbə yataqxanalarının fəaliyyətinin bərpası ala bilər. Kirayə mənzil bazarındakı real vəziyyəti “Sherg.az"a şərh edən daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə deyib ki, hər il may ayının sonundan başlayaraq avqustun axırına qədər Bakıda kirayə mənzil bazarında durğunluq yaranır: “Lakin avqustun 15-dən sonra kirayə mənzillərə tələbat artacaq və bazarda canlanma yaranacaq. Mənzillərin sayı azaldıqca da qiymətlərdə ciddi artım müşahidə ediləcək. Bildiyiniz kimi, ali məktəblərə qəbul prosesinin nəticələrinin açıqlanması da Bakıda kirayə mənzil bazarına ciddi təsir edən faktorlardandır.
E.Fərzəliyevin sözlərinə görə, tələbələr daha çox köhnə binalarda olan kirayə mənzillərə maraq göstərir: “Bunun da səbəbi köhnə binalardakı mənzillərin kirayə qiymətlərinin yeni binalardan iki dəfə ucuz olmasıdır. Onsuz da son illər kirayə mənzillərlə bağlı qıtlıq yaşanır. Səbəb isə istismar müddəti başa çatan binaların sökülməsidir. Köhnə binalar sökülən zaman həmin binada yaşayan sakinlər 2-3 il müddətində kirayə qalmalı olurlar. Yəni həm kirayə qalanların sayı artır, həm də o binalar söküldüyü üçün həmin yerlərdə kirayə verilən mənzillər əmlak bazarından çıxır. Şəhərin mərkəz və mərkəzə yaxın ərazilərində sökülən həyət evlərində də ucuz kirayə mənzillər olurdu. Hazırda sökülməkdə olan yaşayış massivlərinin yerinə yeni binalar tikildikdən sonra mərkəzə yaxın yerlərdə münsib qiymətə kirayə mənzil tapmaq daha da çətin olacaq. Mənzil qıtlığı yarananda isə 20-30 faizə qədər qiymət artımı müşahidə edilir. Onsuz da indinin özündə belə qiymətlər kifayət qədər yüksəkdir. Növbəti tələbatda isə qiymətlərin bir az daha qalxması oxumaq üçün Bakıya gələcək tələbələrin valideynlərinin və evsiz şəhər sakinlərinin işini xeyli çətinləşdirəcək. Kirayə qiymətlərinin ildən-ilə bahalaşmasının qarşısını almaq üçün tələbə yataqxanaları bərpa edilməlidir. Əvvəllər tələbələr üçün inşa edilən binalarda illərlə işğal olunan rayonlardan məcburi köçkün düşən ailələr yaşayırdı. Son illər isə həmin ailələrin böyük əksəriyyəti dövlət tərəfindən mənzillə təmin olunub. Torpaqlarımız azad olunduqdan sonra isə bu insanlar mərhələli şəkildə öz yurd-yuvalarına qaytarılır. Hazırda tələbə yataqxanaları yaşayış üçün yararsız olsa da, onların torpaq sahələri ali təhsil müəssisələrinə yaxın məsafədə yerləşdiyi üçün o ərazilərdə müasir tələblərə uyğun, çoxmərtəbəli tələbə yataqxanalarının inşa edilməsi məqsədəuyğun olar. Əgər tələbələrin mənzil şəraiti dövlət tərəfindən təmin edilsə, kirayə verilən mənzillərə tələbat kifayət qədər azalacaq və qiymətlər də sabit qalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens ABŞ-ın husilərlə birbaşa danışıqlar apardığını bildirib
19:10 14.09.2026
Dünya
Tək şagirdli məktəbə yoldaş gəldi! Sayı 2-yə yüksəldi
18:56 14.09.2026
Elm və Təhsil
Lənkəranda azyaşlı 3-cü mərtəbədən yıxılıb
18:46 14.09.2026
Hadisə
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil