Köhnə binalar sökülüb yerində parklanma yerləri salınacaq
Yusif Nəzərli
20:26 27.10.2022
Cəmiyyət
501
İşbazlar yeni binalar inşa etdikləri vaxt az qala bir qarış yerlərindən belə güzəşt etmək istəməyiblər
Bakıda köhnə binaları söküb əvəzində parklanma yerləri sal ına bilər. Bunu nəqliyyat sahəsinə dair məsələlərin müzakirəsi zamanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai şuranın sədr müavini Fərhad Əyyubov bildirib. "Keçmiş Nəqliyyat Nazirliyinin vaxtında çoxlu avtobus qarajları mövcud idi. Sonra bunların hamısını söküb yerində "novostroyka"lar tikdilər", - deyə F.Əyyubov əlavə edib.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin fikrincə, parklama yerlərinin az olması müasir şəhərsalmanın yaratdığı problemlərlə bağlıdır:
“Bakı şəhəri yenidən tikildiyi dönəmdə şəhərin avtomobil yükünün artması heç kim tərəfindən nəzərə alınmayıb. Bununla yanaşı işbazlar yeni binalar inşa etdikləri vaxt az qala bir qarış yerlərindən belə güzəşt etmək istəməyiblər.
Əksinə, bəzi binalar tikilən zaman piyada keçidləri də ləğv edilərək tam avtomobil yolunun kandarına qədər zəbt edilib. Yaranmış vəziyyətə görə yolun hər iki tərəfində avtomobillərini park edən sürücülər isə gözlənilən problemin yaranmasına səbəb olurlar. Ona görə də şəhər tıxaclardan nəfəs ala bilmir.
Sürücülər də yaranmış vəziyyətdən şikayətçidir, sakinlər də. Bütün böyük şəhərlərdə belə bir fikir var ki, əgər parklanma sahəsi yaxşı idarə olunmursa, bu da şəhərdə nəqliyyat sistemini iflic vəziyyətə gətirib çıxarır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə