Küçələrdə ölümə tərk edilən körpələr! - Nə etməli? - “Uşaq qutuları qoyulsun”
Küçələrdə ölümə tərk edilən körpələr! - Nə etməli? - “Uşaq qutuları qoyulsun”
Yusif Nəzərli
13:42 20.12.2022
Cəmiyyət
424
Bakıda küçədə 3 aylıq körpə tapılıb. Əldə edilən məlumata görə, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan polis tərəfindən sığınacağa yerləşdirilib. Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist İlhamə Həkimoğlu bildirib ki, əslində ananın nə üçün belə etdiyi, yaşı, sosial şərtlər barədə məlumat verilmir, xəbər verilmədən də bir söz demək çətindir.
Jurnalistin sözlərinə görə, ananın övladından imtina etməsinin bir neçə köklü səbəbi ola bilər:
“Birincisi , valideynin psixoloji problemləri, narkotik və ya alkoqoldan asılılığı ol abilər. İkinci əsas səbəb uşağı sosial cəhətdən təmin edə bilməmək qorxusudur. Baxa bilməyəcək deyə tərk edir.
Üçüncüsü isə ailə münaqişələrini göstərmək olar. Uşaq atasız dünyaya gəlibsə, ana-ata öz “günahlarının” bəhrəsindən imtina edib, onu ölümə tərk edir. Burda “ölümə tərk etmək” sözünü boş yerə işlətmədim. Çünki bizdə valideyn uşaqdan imtina edərkən onu polis şöbəsinin, doğum evinin və ya körpənin həyatı üçün təhlükə daşımayacaq hər hansı obyektin yanında buraxmaq əvəzinə soyuqda ölümə tərk edir. Almaniyada qadın hər hansı bir səbəblə uşağına sahib çıxmaq istəmirsə, onu atılmış uşaqlar üçün qurulan “babyklappe” (uşaq qutusu) deyilən xüsusi bölgələrə qoyub gedir.
İlk dəfə Müqəddəs Cozef xəstəxanasının xarici divarına yerləşdirilən "Babyklappe" adlanan sistemdə körpə sobaya bənzər qapaq altına qoyulur. Qutu bağlandıqdan sonra həyəcan siqnalı çalmağa başlayır və xəstəxana işçiləri xəbərdar olur. Körpəni qutunun içindən 2-3 dəqiqə içində götürürlər.
Qutuda körpəni tərk edənlərə ünvanlanan bir məktub qoyulur. Məktubda körpəyə 8 həftə dövlət tərəfindən qayğı göstəriləcəyi xatırlanır və valideynlər 2 ay içində görünməzsə, övladlığa veriləcəyi bildirilir. Uşaqla bərabər valideyn özü haqqında məlumat olan məktub qoymalıdır.
Bu məlumatlar sirr kimi saxlanılır. Uşaq böyüyüb 16 yaşına çatanda əgər arzu edərsə, həmin məktub ona təqdim olunur. BMT-nin Uşaq Hüquqları Komitəsi “körpə qutuları”nın Avropanın bir çox ölkəsində yaradıldığını bildirib. Almaniyada artıq 99 belə qutu var və sayları getdikcə artır. Polşa Çexiya, İsveçrə, Kanada, Malayziya və hətta Vatikanda da uşaq qutuları var.
Söz yox ki, bizdə də sığınacaqlar var. Lakin, öz etdiyi əməlin vahiməsini, utancını anlayan ana-atalar körpəsini tənha bir yerdə tərk edib getməyə üstünlük verirlər. Bu həm qorxunc, həm də cinayətkar əməl sayılır. Söhbət insan həyatının məhv edilməsindən gedir”.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya