Kür çayında suyun səviyyəsi artıb
Kür çayında suyun səviyyəsi artıb
13:47 16.10.2024
Cəmiyyət
437
"Son günlər yağan yağıntılarla əlaqədar yerli və transsərhəd çaylarda sululuğun artımı müşahidə olunur".
Bunu "Report"a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
O bildirib ki, bu gün transsərhəd Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm artıb və hazırda çayda sululuq ongünlük normadan 30% çox, ötən il ilə müqayisədə isə 10% çoxdur:
"Qanıx çayının Cəlayir məntəqəsində suyun səviyyəsi 14 sm artıb və hazırda sululuq normaya yaxın, ötən il ilə müqayisədə 8% çoxdur. Araz çayının Qıvraq məntəqəsində isə suyun səviyyəsi 9 sm artıb".
Mərkəz direktoru qeyd edib ki, bəzi yerli çaylarda da suyun səviyyəsində artım müşahidə olunub:
"Oktyabrın 20-si gündüzədək qeyri-sabit, yağıntılı hava şəraitinin davam etməsi ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
16:49 31.03.2026
Gündəm
Körfəz faktiki olaraq ABŞ-ın nəzarətinə keçir - RƏY
16:46 31.03.2026
Region
İranın Hörmüz qərarı regionu daha da alovlandırır - TƏHLİL
16:38 31.03.2026
Dünya
Azərbaycanda üç lizinq şirkəti ləğv olunur
16:31 31.03.2026
İqtisadiyyat
"Qalatasaray" Hakan Çalhanoğlunu 15 milyona transfer edə bilər
16:16 31.03.2026
Futbol
Tramp ABŞ-a hərbi dəstək verməkdən imtina edən ölkələri hədələyib
15:30 31.03.2026
Dünya
İranlı general ailə üzvləri ilə birgə öldürüldü - FOTO
15:12 31.03.2026
Hərbi
Kreml Zelenskinin "Pasxa atəşkəsi" təklifində açıq təşəbbüs görmür
14:54 31.03.2026
Dünya
Paşinyan Putinlə görüşmək üçün sabah Moskvaya gedir
14:36 31.03.2026
Siyasət
ABŞ Ukraynanı ərazilərini qurban verməyə məcbur edir- ŞƏRH
14:31 31.03.2026
Dünya
Orban: Zelenski Macarıstanda xaos yaratmağa çalışır
14:27 31.03.2026
Dünya
Paşinyan Aİ-nin monitorinq missiyasının yeni rəhbərini qəbul etdi
14:08 31.03.2026
Siyasət
İtaliya ABŞ hərbi təyyarələrinin Siciliyaya enişinə icazə verməyib
13:51 31.03.2026
Dünya