Leysan olub, dolu düşüb - FAKTİKİ HAVA
Yusif Nəzərli
06:01 12.06.2024
Cəmiyyət
430
İyunun 12-si saat 9:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, düşən yağıntının miqdarı Qəbələdə 73 mm, Xaltanda 63 mm, Göyçayda 62 mm, Mingəçevirdə 56 mm, Yevlaxda 40 mm, Qrızda 33 mm, İsmayıllıda 28 mm, Altıağacda 24 mm, Naftalanda 22 mm, Qaxda 20 mm, Oğuzda 19 mm, Şəkidə 13 mm, Şamaxı, Şahbuz, Quba, Bərdə, Culfa, Tərtər, Qusar, Yardımlı, Şabran, Ordubad, Gədəbəy, Ağdam, Zaqatala, Balakən, Qobustan, Kürdəmir, Sabirabad, Lənkəran, Astara, Göygöldə 9 mm-dək olub.
İyunun 11-i saat 20:55 radələrində Oğuz rayonu Tayıflı, Şirvanlı, Xalxal kəndlərinə diametri 10 mm olan dolu düşüb.
Şərq küləyi arabir Mingəçevirdə 25 m/s, Goranboyda 19 m/s, Göyçay, Naftalanda 18 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27-33, Naxçıvan MR-da 29-31, Aran rayonlarında 30-34, dağlıq rayonlarda 22-27 dərəcə isti olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm