Mədəni görünən insanların mahiyyətcə mədəniyyətsiz olduğu üzə çıxır - Sosioloq

  • Uşağı liftdə itələyən gənc bu hərəkətinin hüquqi qiymətini almalıdır

“Küçədə, hər hansı bir məkanda, ictimai yerlərdə, avtobusda, metroda ilk baxışda, zahiri görkəmcə normal olduğunu düşündüyümüz insanlar, demək ki normal insan olmaya bilər. Zahiri görkəm insan haqqında qərar verməyimizi çətinləşdirib artıq. Ətrafımızda normal görünən, lakin psixi-ruhi vəziyyəti anormal olanlar çoxdur”.

Bu fikri “Sheg.az”a açıqlamasında sosioloq Mətanət Məmmədova gənc oğlanın azyaşlı uşağa qarşı kobud davranışı barədə danışarkən söylədi. Xatırladaq ki, liftə minən gənc adamın həmin vaxt liftə minmək istəyən azyaşlı oğlan uşağını kobudcasına itələyib yıxdığını əks etdirən kamera görüntüləri sosial şəbəkədə yayılıb.

Məlumata görə, görüntüləri uşağın valideyni paylaşıb. Və bildirilir ki, hmin uşaq autizm xəstəsidir. Gənc adamın, hətta yaşayış binasının liftində müşahidə kamerasının olduğunu bildiyi halda köməksiz uşağa qarşı bu cür qeyir-insani davranışı ikrah doğurur. Belə bir adamın kamera olmayan yerdə uşaqlara qarşı hansı davranışı sərgiləyə biləcəyini düşünmək belə insanı dəhşətə salır.  

M.Məmmədova qeyd etdi ki, uşağın autizmli olub-olmaması məsələnin üçüncü, dördüncü tərəfidir. Utalım, sağlam uşaq olsa, ona qarşı bu cür hərəkət mümkündürmü? Əlbəttə, xeyr: 

- Bu hadisədə bir nəfərin qeyri-insani davranışı, ictimai qaydaara saymazlığı, təkəbbürü, mənəmliyi, özünü cəmiyyətdən təcrid etməsi, və sair bir sıra mənfi xüsusiyyətlərə malik olması görünür. Normal bir insan istər uşaq olsun, istər böyük, qadın, kişi, kimsəyə qarşı bu cür kobudluq, hətta mən deyərdim ki cinayətkarcasına davranmaz. Bu, insanın xəbisliyinin, təkəbbürün, qarşısıındakını səbəbsiz yerə alçatmaq, özünü üstün tutmaq kimi insanlıqdan kənar xüsusiyyətlərin göstəricisidir. Belə kiçik detalların batinində böyük faciələr gizlənir. Belə “kiçik” hadisələr zamanla böyük cinayətlərlə nəticələnir. Bu hadisələrin qarşısı yerindəcə alınmalı, hüquqi qiymətini almalıdır ki, daha böyük cinayətlə nətisələnməsin. 

Sosioloq qeyd etdi ki, uşağa qarşı edilən bu hərəkət anormal düşüncənin nəticəsidir və cinayət hadisəsidir:

- Müşahidə kameralarının olması çox faydalıdır. Hazırkı dövrdə bəzi insanların azğınlaşdığı, mənəviyyatın getdikcə aşılandığını görürük. İlk baxışda mədəni, centlemen təəssüratı yaradan insanların mahiyyətcə mədəniyyətsiz olması üzə çıxır. Hesab edirəm ki, baş vermiş hadisə ilə bağlı həm uşağln validyenləri, həm də binanın komendantı DİN-ə müraciət etməli, kamera görüntüləri təhvil verilməlidir ki hüquqi çərçivədə lazımi tədbir görülsün və bu haqda ictimaiyyət məlumatlandırılsın, başqalarına da gökr olsun. Cərimə və cəzalar olmadıqca normal vəziyyətin yaranması çətindir. Belə hadisələr hər bir cəmiyyətdə baş verə bilər, ictimai qaydalara saymaz yanaşan insanlar da hər cəmiyyədə var. Onları cəzlanadırmaq lazımdır ki ictimai qaydaları, etik normaları, insanlarla düzgün davranışı öyrənsinlər, tək, yeganə olmadıqlarını, cəmiyyətin bir üzvü olduqlarını anlasınlar.